Kriminal
Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Cəlilabad şəhərinin ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Rüstəmov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 50 qram narkotik vasitə olan heroin aşkar edilib.
Mingəçevirdə zavod qarət olundu
Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisindəki zavodlardan birinin inzibati binasından oğurluq edilməsi barədə müraciət daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oradan 1 ədəd kompüter, 1 ədəd surətçıxaran aparat, 1 ədəd mühərrik və digər əşyaların oğurlandığı məlum olub.
Müğənni Rusiya vətəndaşına "atıb"? - FOTO
Rusiya vətəndaşı olan azərbaycanlı iş adamı keçmiş sevgilisinin onun qızıllarını oğurladığını iddia edib. Kənan Musayev bildirib ki, 18 il əvvəl Gəncə şəhərərində tələbə ikən çörək satan Şəlalə İsmayılova ilə tanış olub və qeyri-rəsmi olaraq birgə yaşayıblar: "Jalə adlı bir qızımız oldu, onlara ev alıb verdim, özüm isə işlərimə görə Rusiyaya getdim. Ailəm də evliliyimə qarşı idi. 15 ildən sonra Bakıya qayıdıb başqa bir şəxslə rəmsi olaraq evləndim, iki övladım var. Sonradan Jaləni də ailəmin içinə gətirdim, ona ad günü etdim, hədiyyələr verdim, bu uşaqlardan ayırmadım.
Qadının telefonunu alıb qaçan şəxs yaxalanıb
Bakı sakini olan bir qadın martın 30-da Xətai rayonu, Sarayevo küçəsində hərəkətdə olan zaman naməlum şəxs ona qarşı zor tətbiq edərək cibində olan mobil telefonunu ələ keçirərək qaçmağa cəhd göstərib.
Müğənninin atası haqda ömürlük həbs cəzası qərarı dəyişmədi
Sumqayıt Apellyasiya Məhkəməsində arvadını və qohumunu öldürməkdə təqsirləndirilən Qurban Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Q.Hüseynovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Lotu Qulinin yeni görüntüsü yayıldı: Əlində silah...(VİDEO)
"Aranızda kişi yoxdur?" davası qanla bitdi: Polis bıçaqlandı
Səfirlik: “Rahim Namazov mafiozdur, jurnalist deyil”
Qardaşını güllələdi - BAKIDA
Martın 30-da Xəzər rayonunun Binə qəsəbəsində yaşayan yeniyetmə evlərinin həyətində ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə qardaşı, 20 yaşlı Rəhim Rəhimovun baş və qarın nahiyəsinə xəsarət yetirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nəticədə R.Rəhimov aldığı yaralardan ölüb.
Şirvan Milli Parkında insident: Sahə müfəttişi güllələndi
Bakıda güclü külək 3 yük maşınını aşırdı — Yaralılar var
Cəlilabadda polis əməkdaşı döyüldü
Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. 1991-ci il təvəllüdlü Məmmədov Rauf Sübhan oğlu xidməti vəzifəsini yerinə yetirən zaman naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb. Yaralıya Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib.
Tuluza prokurorluğu Rəhim Namazova silahlı hücumu araşdırmaqdan imtina etdi
Fransanın Tuluza şəhər prokurorluğu azərbaycanlı Rəhim Namazova silahlı hücum indsidentini araşdırmaqdan imtina edib. Bu barədə Tuluza prokuroru Pyer İva Kullo deyib.














