Kriminal
Şəmkirdə toya gedən şəxslər qəzaya düşüb, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Şəmkirdə ağır yol qəzası baş verib. Məlumata görə, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb. Rayon mərkəzində keçirilən toy mərasiminə gedən Sabirkənd kənd sakinlərinin olduğu “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
İrandan Azərbaycana narkotik keçirən qadın həbsdə ölüb
Oğrunun digər əməlləri ifşa edilib
Oğurluq etdiyinə görə tutulmuş şəxsin digər cinayət əməllərinin üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Ramiz Bayramovun ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun martın 10-da rayon ərazisindəki evlərin birindən 10.000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.
Evdən pul və bijuteriya oğurlayanın əlləri qandallanıb
Binə qəsəbəsindəki evlərin birindən pul və bijuteriya oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini H.Salmanzadə tutulub. DİN-dn “Olaylar”a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 24-də Binə qəsəbəsindəki evlərin birindən pul və bijuteriya oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Həzrət Salmanzadə saxlanılıb.
Qadının 50 manatını zorla alan şəxs yaxalanıb
Bakı şəhər sakini C.Quliyevaya zor tətbiq edib 50 manatını ondan almaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 22-də Nəsimi rayonunun Cavadxan küçəsində naməlum şəxs Bakı şəhər sakini Cəmilə Quliyevaya zor tətbiq edib 50 manatını ondan alıb. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini Mehman Mahmudov 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.
Paytaxtda soyğunçuluq edən tutulub
Soyğunçuluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 22-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində 3 nəfər naməlum şəxs qəsəbə sakini Orxan İmanovun pulqabısını, qol saatını və 2 ədəd mobil telefonunu ondan almışlar.
Münaqişə zəminində həmkəndlisini bıçaqladı
Münaqişə zəminində Xaçmaz rayon sakini P.Məmmədova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 21-də Xaçmaz rayon sakini Peyman Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Xaçmaz Rayon Polis Şöbəsinə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.
Mənzili qarət edən şəxs ələ keçib
Oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, “102 Zəng Mərkəzi” Xidmətinə Gəncə şəhərindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Allahı söyən dostunu öldürdü, bəraət aldı
Jurnalistlər məhkəmə zalından çıxarıldı
Jurnalistlərin binasından mənzil vəd edən baş redaktora cəza istənildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxışında G.Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət sərhədini pozan şəxslər saxlanılıb
Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb. DSX-dən “Olaylar”a verilən məlumata görə, aprelin 23-də Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması ilə əlaqədar təxirəsalınmaz sərhəd axtarışı əməliyyatı keçirilib, yaxınlıqdakı yaşayış məntəqələrinə hərəkət yolları qapadılaraq tam nəzarətə götürülüb.
Məşhur azərbaycanlı avtoritet Moskvaya gəldi - Lotu Quliyə qarşı ordu yığılır
36 yaşlı "qanuni oğru", kriminal dairələrdə "Hacı Beyləqanski" ləqəbi ilə tanınan Hacıbaba Talıbxanov Moskvaya gedib.
Eldar Mahmudova qarşı məhkəmə başladı
Bu gün Yasamal Rayon Məhkəməsində "MTN işi"ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayevin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova qarşı iddiası əsasında məhkəmə başlayıb.














