Kriminal

"VAZ" 5 yaşlı uşağı vurdu

24 Aprel 2018 22:25

Şəmkirdə toya gedən şəxslər qəzaya düşüb, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

24 Aprel 2018 18:29

Şəmkirdə ağır yol qəzası baş verib. Məlumata görə, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb. Rayon mərkəzində keçirilən toy mərasiminə gedən Sabirkənd kənd sakinlərinin olduğu “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Oğrunun digər əməlləri ifşa edilib

24 Aprel 2018 15:39

Oğurluq etdiyinə görə tutulmuş şəxsin digər cinayət əməllərinin üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Ramiz Bayramovun ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun martın 10-da rayon ərazisindəki evlərin birindən 10.000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Evdən pul və bijuteriya oğurlayanın əlləri qandallanıb

24 Aprel 2018 15:38

Binə qəsəbəsindəki evlərin birindən pul və bijuteriya oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini H.Salmanzadə tutulub. DİN-dn “Olaylar”a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 24-də Binə qəsəbəsindəki evlərin birindən pul və bijuteriya oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Həzrət Salmanzadə saxlanılıb.

Qadının 50 manatını zorla alan şəxs yaxalanıb

24 Aprel 2018 15:37

Bakı şəhər sakini C.Quliyevaya zor tətbiq edib 50 manatını ondan almaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 22-də Nəsimi rayonunun Cavadxan küçəsində naməlum şəxs Bakı şəhər sakini Cəmilə Quliyevaya zor tətbiq edib 50 manatını ondan alıb. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini Mehman Mahmudov 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Paytaxtda soyğunçuluq edən tutulub

24 Aprel 2018 15:16

Soyğunçuluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 22-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində 3 nəfər naməlum şəxs qəsəbə sakini Orxan İmanovun pulqabısını, qol saatını və 2 ədəd mobil telefonunu ondan almışlar.

Münaqişə zəminində həmkəndlisini bıçaqladı

24 Aprel 2018 15:14

Münaqişə zəminində Xaçmaz rayon sakini P.Məmmədova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 21-də Xaçmaz rayon sakini Peyman Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Xaçmaz Rayon Polis Şöbəsinə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Mənzili qarət edən şəxs ələ keçib

24 Aprel 2018 15:08

Oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, “102 Zəng Mərkəzi” Xidmətinə Gəncə şəhərindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.