İnək oğrusu ələ keçib

Abşeron rayonunda iribuynuzla heyvan oğurluğu ilə məşğul olan şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 23-də Əlirza Hüseynovun 7 baş inəyini oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Həyata keçirilən istintaq əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Barat Mirzəcanov olduğu müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31