Bakıda sərxoş idarə işçisi öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az xəbər verir ki, Novxanı qəsəbəsi ərazisində "Bağlar" Elektrik Şəbəkəsinin əməkdaşı, 1960-cı il təvəllüdlü Səxavət Xəlilov transformatorda işləyərkən cərəyan vurması nəticəsində ölüb.

İlkin araşdırmalar zamanı 58 yaşlı idarə əməkdaşının hadisə vaxtı içkili olduğu və ehtiyatsızlıq səbəbində bədbəxt hadisə ilə üzləşdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31