Avtobusda qadının 180 manatını oğurlayan saxlanıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilnə məlumata görə, aprelin 25-də paytaxtın Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə ərizə ilə müraciət edən Bakı şəhər sakini T.Ağasıyeva bir gün əvvəl marşrut avtobusunda içərisində 180 manatı olan pulqabısının oğurlandığını bildirib.
26 Aprel 2018 11:55 KriminalPolis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a verilnə məlumata görə, aprelin 25-də paytaxtın Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə ərizə ilə müraciət edən Bakı şəhər sakini T.Ağasıyeva bir gün əvvəl marşrut avtobusunda içərisində 180 manatı olan pulqabısının oğurlandığını bildirib. Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və bu cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək "isti izlər"lə saxlanılıb.Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Ramiyar olduğu müəyyən edilib.