Xəzərdə itkin düşən idmançılardan 1 həftədir xəbər yoxdur - FOTOLAR

 

 

Sumqayıt şəhərində yaşayan gənc idmançı, 17 yaşlı Nüsrət Nəzərzadə və onun 15 yaşlı dostu Aqil Təbirlinin itkin düşməsindən 1 həftə keçir.

Aprelin 18-də məşq etmək məqsədi ilə rezin qayıqla açıq dənizə çıxmış gənc dostlardan hələ də bir xəbər yoxdur. Onların axtarışına helikopter də cəlb edilsə də, hələlik nəticə yoxdur.

 

Qeyd edək ki, 17 yaşlı Nüsrət Nəzərzadə ekstremal idman növləri ilə məşğul olurmuş. O, keçən ilin noyabrında Tufandağda itkin düşən alpinistlərlə dost olub.

 
 

 

 

 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31