Maşın yolu keçən qadını vurub öldürdü
25 Aprel 2018 15:25 KriminalBakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, aprelin 24-də saat 13 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Nurlan Hüseynov idarə etdiyi BMW markalı avtomobillə yolu keçən paytaxt sakini Türkan Əvəzzadəni vurub.Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31