Kriminal
15 ədəd ev quşu oğurlayan ələ keçib
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. DİN-dən “Olaylara verilən məlumata görə, Sumqayıt ŞPİ 2-ci PB-nin əməkdaşları tərəfindən martın 24-də R.Haqverdiyevin həyətyanı sahəsindən 15 ev quşu və 50 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Müşfiq Dadaşov saxlanıb. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
“Topaz” mərc oyunları məntəqəsindən 300 manat oğurlanıb
Mobil telefon oğrusu saxlanıb
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də rayon ərazisindəki 1 mağazadan və 1 avtomobildən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. İlkin araşdırma zamanı onun əvvəllər məhkum olunmuş Zakir Əliyev olduğu müəyyən edilib. Araçdırma aparılır.
Tanınmış vəkilin qızı dələduzluğa görə həbs edildi
Tanınmış vəkil Əfsər Talıbovun qızı Cəlalə Talıbovanın dələduzluq maddəsi ilə başlanan cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Aprel ayının 30-da hakim Elman İsayevin sədrliyi ilə hazırlıq iclası keçiriləcək.
Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Etibar Ağayevin Mərdəkan qəsəbəsindəki evin həyətində kutivasiya yolu ilə əkdiyi 9 ədəd çətənə kolu və çəkisi 141 qram marixuana aşkar edilərək götürülüb.
Gürcüstandan qanunsuz telefon gətirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə idarəsinin əməkdaşları gömrük orqanına bəyan edilməyən 23 ədəd mobil telefon aşkar edib.
Aygün Bəylərin qardaşının məhkəməsi təxirə salındı
İraqda azərbaycanlı qadınları edam edəcəklər
Bakıda aptek işçiləri həbs edildi
Avtobusu qaçırıb qəza törətdi
Oğru dünyasına aid mahnı sifariş verdi...- Bakı gecə klubunda qətl hadisəsi
Bakıda yaşayış binasında yanğın hadisəsi
Ali Məhkəmə Binədəqədidə dəhşətli yanğınla bağlı qərarını verdi
Binəqədidə yaşayış binasında baş vermiş yanğınla bağlı həbs olunan "Qlobal Stone" MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudovun kasasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
İstintaq təcridxanasına qəndin içərisində narkotik keçirilməsinin qarşısı alınıb
Saxta sənədlə ölkədən çıxmaq istəyən 3 nəfər saxlanıb
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir. Xidmətdən “Olaylar”a verilən məlumata görə, 2018-ci ilin 24-25 aprel tarixlərində DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 3 xarici vətəndaşın saxta sənədlərlə Avropa ölkələrinə qanunsuz səfər etmək məqsədilə Azərbaycan Respublikası ərazisindən tranzit istifadə etmək cəhdinin qarşısı alınmışdır. 24 apreldə “Şarja-Bakı” reysinin rəsmiləşdirilməsi zamanı özlərini Böyük Britaniya vətəndaşları kimi təqdim edən 1958-ci il təvəllüdlü Siddiqi Salma və 1987-ci il təvəllüdlü Siddiqi Mujeeb Ur Rehman tərəfindən sərhəd nəzarətinə təqdim olunmuş pasportların həqiqiliyi şübhə doğurmuşdur.














