Fövqəladə hallar nazirinin müavini yanğın baş verən binada su çatışmazlığı məsələsinə aydınlıq gətirib
29 Aprel 2018 16:15 KriminalFövqəladə Hallar Nazirliyi Bakıda hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.
APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda 32 mərtəbəli binanın (hazırda istismar olunmur) metal konstruksiyalardan ibarət xarici divar üzlüyünün altına çəkilmiş şüşə-pambıq örtüyü 390 m² sahədə yanıb.
"Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda vurğulanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31