8 evi qarət edən şəxs saxlanıb

Oğurluğa cəhd etməkdə şübhəli bilinən şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-dən aprelin 25-dək olan müddətdə rayon ərazisindəki 8 evdən məişət əşyaları oğurlamaqda və 1 evdən oğurluğa cəhd etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ələsgər Əsgərov saxlanılıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31