92 yaşlı qadın 8-ci mərtəbədən yıxılıb öldü - BAKIDA

Bakıda 92 yaşlı qadın 8-ci mərtəbədən yıxılaraq ölüb.

Hadisə Yasamal rayonunda baş verib.

Yeni Yasamal yaşayış massivində 1926-cı il təvəllüdlü Bağırova Nərgiz Mustafa qızı yaşadığı 16 mərtəbəli binanın 8-ci mərtəbəsindən yerə yıxılıb. O, ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qadın ölüb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31