İqtisadiyyat
Hüquqpozmalar barədə məlumat vermək asanlaşır
İqtisadiyyat Nazirliyində korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli şəxs müəyyən edilib. Bu barədə nazirlikdən verilən məlumata görə, "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 14 oktyabr 2016-cı il tarixli Qanununa uyğun olaraq, İqtisadiyyat Nazirliyi üzrə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli struktur bölmə Daxili nəzarət şöbəsi, müvafiq vəzifəli şəxs isə Nazirliyin Aparat rəhbərinin müavini - Daxili nəzarət şöbəsinin müdiri Ayaz Əliyev müəyyən edilib. İqtisadiyyat Nazirliyinin digər struktur bölmələrində də korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli struktur bölmə və müvafiq şəxs müəyyənləşdiriləcəkdir.
"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçir
Nazirlik: Yanvarın 1-dən istifadəsiz torpaqlara görə yeni vergi dərəcəsi tətbiq ediləcək
Kənd Təsərrüfatı Nazirliyi "Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarları və Qaydası" layihəsini hazırlayıb.
Büdcənin xəzinə qalıqlarının xərclənməsi qaydaları dəyişir
Azərbaycanın dövlət büdcəsində xəzinə hesablarının qalıqları yalnız zərurət yarandığı halda növbəti ilin dövlət büdcəsi xərclərinə yönəldiləcək. Məlumata görə, bununla bağlı "Büdcə sistemi haqqında" qanunun 19-cu (Dövlət büdcəsinin kassa icrası) maddəsinin 5-ci bəndinin dəyişdirilməsi təklif edilir.
Gəncədə “yaşıl market” yaradılır
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Maliyyə amnistisiyası kimlərə tətbiq ediləcək?
Azərbaycanda maliyyə aministisiyasının tətbiq olunacağı gözlənilir. Artıq bununla bağlı prezident İlham Əliyev parlamentə qanun layihəsi göndərib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsinin müzakirəsi baş tutub.
Bank sektorunu çətin sınaqlar gözləyir
2016-cı il ümumilikdə dünya iqtisadiyyatı üçün uğursuz oldu desək yanılmarıq. Neft qiymətlərinin aşağı düşməsi, Amerika dollarının mili valyutalara nisbətən bahalaşmasından dünya ölkələrinin əksəriyyəti bu və ya digər dərəcədə əziyyət çəkdi. Xüsusilə, postsovet ölkələrində bu daha çox özünü büruzə verdi.
Yeni ittifaq yaradıla bilər - Türkdilli Ölkələrin İqtisadi İttifaqı
Türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün iqtisadi ittifaq yaratmaq, azad ticarət rejiminə keçmək və gömrük güzəştlərini artırmaq lazımdır.
Qeyri-neft sektorunun inkişafı niyə ləngiyir?
Beynəlxalq miqyasda etibarlı tərəfdaş, demokratik ölkə kimi tanınan Azərbaycanın keçdiyi inkişaf yolu sözün həqiqi mənasında təqdirəlayiqdir. Dünya ölkələrinin iqtisadi geriləmə şəraitində yaşadığı dönəmdə Azərbaycan dinamik inkişaf yolunu davam etdirir. Hazırda isə ölkəmizin yeni iqtisadi kursu müəyyən edilib və bu mərhələnin müsbət nəticələr verəcəyi heç kimdə şübhə doğurmur.
Vergilər Nazirliyində görüş keçirilib
Vergilər Nazirliyində Türkiyə Respublikası Maliyyə Nazirliyinin Gəlir İdarəsi Başqanlığının nümayəndə heyəti ilə görüş keçirilib.
Hadi Rəcəbli: “Büdcəmizdə sosial müdafiə məqsədlərinə ayırmalarda artım var”
Qlobal böhran beynəlxalq aləmdə, bütün ölkələrin sosial-iqtisadi durumunda özünü bir sıra mənfi tendensiyalarla biruzə verir.
Azərbaycanda bəzi müəssisələr üçün güzəştli enerji tarifləri müəyyənləşdiriləcək
Azərbaycanda strateji müəssisələrin enerji təminatına dair güzəştli tariflər müəyyənləşdiriləcək. Məlumata görə, bu barədə Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində deyilir.
Bəzi vergi borclarının faizləri silinəcək
Azərbaycanda vegi ödəyicilərinin vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər üzrə borcları silinəcək. Bundan başqa, maliyyə sanksiyalarının silinməsi də nəzərdə tutulur. Bu barədə vergi borclarının tənzimlənməsi ilə bağlı hazırlanan qanun layihəsinə istinadən xəbər verir.
Baş nazir Bakı-Tbilisi-Qars dəmir yolunun i stismara veriləcəyi vaxtı açıqladı
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu 2017-ci ilin birinci rübündə istismara veriləcək. Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım gürcü həmkarıGeorgi Kvirikaşvili ilə görüşdə deyib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşü keçiriləcək
Dekabrın 21-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşü keçiriləcək. Görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan 50-dən çox nümayəndə iştirak edəcək.














