İqtisadiyyat

Ölkədə “vergi aministisiyası” tətbiq olunacaq

20 Dekabr 2016 14:48

Dekabrın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclasda “Vergi ödəyicilərinin 2017-ci il 1 yanvar tarixinə mövcüd olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsi müzakirə edilib. Komitə sədri Ziyad Səmədzadə bildirib ki, qanun layihəsinə əsasən vergi ödəyicilərinin, vergilərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarından şəxsi hesab vərəqəsində mövcüd olan borcları müvafiq icra hakimiyyəti orqanları tərəfindən silinir.Qanunun 2-ci maddəsində isə bildirilir ki, vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçirilir:

Manatın tam üzən məzənnəyə keçməsi labüddür

20 Dekabr 2016 14:36

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artırması artıq dünya bazarına və ayrı-ayrı ölkələrin milli valyutalarına təsirini göstərməkdədir. Hansı ki, FED-in rəhbəri Canet Yellen bəyan etmişdi ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsinin artırılması ilə bağlı bazarlarda hər hansı sarsıntı gözlənilmir. Uçot dərəcəsinin artırılmasına dair qərar iqtisadiyyatda tərəqqini əks etdirir. Bunun bazar kurslarına təsiri yalnız cüzi ola bilər.

Strateji Yol Xəritəsi: Ağır sənaye sektorundakı tədbirlər ÜDM-də 1,6 mlrd. manat artıma səbəb ola bilər

20 Dekabr 2016 13:52

Azərbaycan Respublikasında Ağır sənaye və maşınqayırma sektoru üzrə bu Strateji Yol Xəritəsi açıqlanıb. Strateji yol xəritəsinin məqsədləri üçün aşağıdakı sahələr ağır sənaye və maşınqayırma sektorunda prioritet kimi götürüləcək: mədənçıxarma (neft-qaz sektoru istisna olmaqla), metallurgiya, bəzi tikinti materialları (məsələn, sement) istehsalı, neft-qaz və kənd təsərrüfatı maşınqayırması kompleksi, elektrik avadanlıqlarının istehsalı, maşınqayırma sektorunda xidmət müəssisələrinin fəaliyyətinin inkişafı.

Hökumət ölkə iqtisadiyyatının qeyri-neft sektorunun sürətli inkişafını təmin edə biləcək kifayət qədər qərarlar qəbul edib

20 Dekabr 2016 13:24

Keçən ilin sonlarında dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi və manatın dollara nisbətən dəyərinin ucuzlaşması ölkədə müəyyən problemlərin yaranmasına yol açdı. Düzdür, baş verən proseslər ölkə iqtisadiyyatına ciddi şəkildə təsir göstərməsə də, ancaq onu da etiraf etmək lazımdır ki, Azərbaycan da heç də iqtisadi çətinliklərdən kənarda qalmadı. Lakin hökumətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində böhranı minimuma endirmək mümkün oldu. Hazırda da hökumət qeyd edilən istiqamətdə fəaliyyətini davam etdirir.

"ABŞ-da şist neft hasilatının həcmi bərpa olunacaq"

20 Dekabr 2016 11:29

ABŞ-da şist neft hasilatı həcminin tezliklə bərpası proqnozlaşdırılsa da, lakin 2014-2015-ci illlərdəki kimi izafi istehsalın olacağı gözlənilmir.

"Bəzən cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasına auditorlar da cəlb olunur"

20 Dekabr 2016 11:22

"Son illərin hadisələri sübut etdi ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizə aparmadan və belə halları ləğv etmədən iqtisadi islahatların həyata keçirilməsi və inkişafın sürətləndirilməsi mümkün olmur".

Nağdsız ödənişlər necə həyata keçiriləcək?

19 Dekabr 2016 14:42

Müasir dövrdə pul təsərrüfat həyatın ayrılmaz atributuna çevrilib. Maddi dəyərlərin çatdırılması və xidmətlərin həyata keçirilməsi ilə bağlı bütün sövdələşmələr pul ödənişləri vasitəsi ilə yerinə yetirilir.

“Qara bazar” təsir imkanını hələ də saxlayır

19 Dekabr 2016 14:37

"Qara bazar”da qanunsuz valyuta mübadiləsinə qarşı aparılan mübarizə heç də səmərəli nəicə ilə müşahidə olunmayıb.

FED-in son iclasından sonra qlobal birjalar 1 trln. dollar itirib

19 Dekabr 2016 12:42

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) sonuncu iclası sürprizsiz yekunlaşsa da, maliyyə bazarlarına ciddi təsir göstərib: kotirovkaların enişi cari ilin may ayından etibarən ən güclü səviyyədə olub.

“Vergiyə nəzarət mexanizmi stimullaşdırıcı olmalıdır”-  RƏY

19 Dekabr 2016 11:45

“Ümumiyyətlə, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, onlarda vergi dərəcələri elə müəyyənləşir ki, xidmət peşə sahibləri vergidən yayınmaqda maraqlı olmasınlar. Məncə Azərbaycanda bu təcrübədən istifadə edilməsinə ehtiyac var və vergi Məcəlləsinə edilən dəyişiklik də buna hesablanıb”. Bunu açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Azərbaycanda bir aqroparkın real ÜDM-ə təsiri ilə bağlı məbləğ açıqlanıb

16 Dekabr 2016 18:13

2017-ci ildə aqropark və biznes inkubatorları üçün idarəetmə strukturunun formalaşdırılması, 2018-ci ilin sonuna kimi yeni aqroparkın və biznes inkubatorunun yaradılması və fəaliyyətə başlaması üçün bütün zəruri tədbirlərin yekunlaşdırılması nəzərdə tutulur.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Türkiyədən üzr istəyib

16 Dekabr 2016 18:12

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Türkiyədən üzr istəyib. Məlumata görə, üzrxahlıq 2014-cü ildə yaşanan bir olayla bağlı olub. Həmin il ABŞ dövlət katibi Con Kerri BMTtoplantısında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna "bizdə İŞİD-dən neft aldığınız barədə məlumatlar var", deyib. M. Çavuşoğlu isə belə cavab verib: "Con, sizə məlumat verənləri bilirik. Misir və bizim siyasətimizdən narazı olan bəzi digər ərəb ölkələri. Bu, çox ciddi ittihamdır. Bu barədə sənədlər varsa, bizə verin". 

Kənd təsərrüfatı kreditləri ilə bağlı risklərin azaldılması məqsədilə zəmanət fondu yaradılacaq

16 Dekabr 2016 18:11

Son illər aqrar sahəyə verilən kreditlərin həcminin artmasına baxmayaraq, bu kreditlərin ümumi kredit portfelində, habelə ümumi iqtisadiyyatda payı azdır. Bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə yer alan məlumatda deyilir.

Strateji Yol Xəritəsi: Məhsulların təftişi prosedurları ÜTT tələblərinə uyğunlaşdırılmalıdır

16 Dekabr 2016 18:00

Məhsulların təftişi prosedurlarının Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tələblərinə uyğunlaşdırılmasına ehtiyac var.

FED-in qərarının dünya bazarlarına mümkün təsirləri

16 Dekabr 2016 13:43

Artıq bir neçə gündür ki, dünya birjalarında Birləşmiş Ştatların Federal Ehtiyat Sisteminin məlum qərarı əsas müzakirə predmetinə çevrilib. Düzdür, okeanın o tayından FED-in uçot dərəcəsini qaldıracağı hələ bir müddət əvvəl proqnozlaşdırılırdı. Amma yenə də Birləşmiş Ştatların belə bir addım atmayacağına müəyyən ümidlər də vardı. Bəs, FED-in uçot dərəcəsini qaldırmasına təsir edən başlıca amillər hansılar idi?