Baş nazir Bakı-Tbilisi-Qars dəmir yolunun i stismara veriləcəyi vaxtı açıqladı

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu 2017-ci ilin birinci rübündə istismara veriləcək. Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım gürcü həmkarıGeorgi Kvirikaşvili ilə görüşdə deyib.

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu 2017-ci ilin birinci rübündə istismara veriləcək. Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım gürcü həmkarıGeorgi Kvirikaşvili ilə görüşdə deyib.

B.Yıldırımın sözlərinə görə, BTQ layihəsi başa çatma mərhələsindədir.

G.Kvirikaşvili isə bildirib ki, Tbilisi BTQ-nin tikintisini tezliklə yekunlaşdırmaq üçün bütün zəruri işləri görür.

Gürcüstanın Baş naziri bu layihəni Türkiyə, Gürcüstan və Azərbaycanın əməkdaşlığında mühüm bənd adlandırıb. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31