Maliyyə amnistisiyası kimlərə tətbiq ediləcək?
Azərbaycanda maliyyə aministisiyasının tətbiq olunacağı gözlənilir. Artıq bununla bağlı prezident İlham Əliyev parlamentə qanun layihəsi göndərib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsinin müzakirəsi baş tutub.
22 Dekabr 2016 14:19 İqtisadiyyatAzərbaycanda maliyyə aministisiyasının tətbiq olunacağı gözlənilir. Artıq bununla bağlı prezident İlham Əliyev parlamentə qanun layihəsi göndərib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsinin müzakirəsi baş tutub. Qanun layihəsinə görə ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədilə vergi ödəyicilərinin vergilərin Vergi Məcəlləsi ilə müəyyənləşmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqlərindəki mövcud borcları müvafiq icra orqanı tərəfindən silinəcək. Maraqlıdır, maliyyə aministisiyası konkret olaraq kimlərə tətbiq ediləcək? Hüquqşünas Alim Hüseynli bildirib ki, "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsinin 2-ci maddəsinə əsasən vergi ödəyicilərinin Vergi Məcəlləsinin 58.7 maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqlərində mövcud borcları da müvafiq icra orqanı tərəfindən silinəcək. Belə ki, vergi ödəyiciləri tərəfindən gələn ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 70 faizi, 2017-ci ilin yanvar-fevral ayları ərzində 50 faizi ödənildikdə ödənilməmiş məbləğin 50 faizi, 2017-ci ilin yanvar-mart ayları ərzində 70 faizi ödənildikdə isə ödənilməmiş məbləğin 30 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinəcək. Qanunun müddəaları vergi ödəyicilərinin bu qanunun 1-ci və 2-ci maddələri ilə müəyyənlənmiş borclarının məcburi ödənilməsi barədə məhkəmənin qərarı qəbul olunub, lakin 2017-ci ilin 1 yanvar tarixindən mövcud ödənilməmiş hissələrinə də şamil edilir. Onun sözlərinə görə, bu qanunun qüvvəyə minməsi ilə sahibkarların sərəncamında qalan kifayət qədər dövriyyə vəsaitləri onların özlərinin iqtisadi fəallığının artırılmasına xidmət edəcək. Yəni qanun layihəsinə əsasən vergi borclarınin silinməsi iki iki hissəyə ayrılır. Birinci qrupda vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər siliəcək. İkincidə isə söhbət maliyyə sanksiyalarının müəyyən ardıcıllıqla silinməsindən gedir. Sənədddə hesablanmış faizlərin 2017-ci ilin 1 yanvar vəziyyətinə istisnasız olaraq silinməsi təklif edilir. Maliyyə sanksiyalarının tərkibindən asılı olaraq Vergi Məcəlləsinin 58.7-ci maddədə nəzərdə tutulan vergi sanksiyaları, bu daha çox nağd əməliyyatların aparılması qaydalarının pozulmasına görə nəzərdə tutulan maliyyə sanksiyalarıdır ki, bunun da məbləğindən asılı olmayaraq onların silinməsi nəzərdə tutulur. Xatırladaq ki, qanun qəbul olunduqdan sonra Bakı şəhəri üzrə 288,3 milyon manat, regionlar isə 98 milyon manat faiz məbləğin silinməsi təmin ediləcək. Qalan 237 milyon manat maliyyə sanksiyasının 138,5 milyon manat Bakı şəhərində qeydiyyatda olan vergi ödəyicilərinin, 98,5 milyon manat isə regionlarda qeydiyyatda olan vergi ödəyicilərinin maliyyə sanksiyasının silinməsi təmin ediləcək. Hazırda vergi ödəyicilərinin ümumi borcları 1 dekabr vəziyyətinə 1 milyard 527 milyon manat təşkil edir ki, bunun 904,3 milyon manatı əsas vergi borcu, 237,1 milyon manatı maliyyə sanksiyasıdır, 386,4 milyon manatı isə faiz borcudur. Qanun layihəsi qəbul olunsa, vergi ödəyicilərinin borcu 904 milyon manata düşəcək. Millət vəkili Əli Məsimli bildirib ki, vergi borclarının və sanksiyalarının silinməsi sonda maliyyə amnistiyası ilə tamamlanmalıdır. Onun sözlərinə görə, Azərbaycanda vergi sisteminin kifayət qədər təkmilləşməsinə baxmayaraq, verginin fiskal funksiyası prioritet olaraq qalır. Onun istiqamətləndirici, stimullaşdırıcı funksiyaları 2-ci dərəcəlidir. Millət vəkili deyib ki, dünya praktikasında vergi amnistiyasının müsbət, mənfi nəticələrinin olduğunu görmək mümkündür:"Ona görə də Azərbaycan bu qanunu qəbul edən zaman nəzərəçarpan nəticə əldə etməyə çalışmalıdır. Bunun üçün isə bir neçə şərt tələb olunur. Birincisi budur ki, vergi borclarının silinməsi hələlik texniki xarakter daşıyır. Elə mexanizm yaranmalıdır ki, növbəti ilin sonunda yeni vergi borcları yaranmasın. İkincisi isə vergi, maliyyə amnistiyalarına 3 aylıq müddət qoyulması nadir hadisədir. Buna görə də 3 ay müddətində sənədləşmə işləri və başqa şeylər vaxt aparacaq. Həmin müddətin 6 aya uyğunlaşdırılması vacibdir. Üçüncü məsələ isə bundan ibarətdir: burada fiziki və hüquqi şəxslərdən söhbət gedirsə, mütləq bu sənəd başqa qanunvericilik aktları ilə uyğunlaşdırılmalıdır. Həmin gəlirlərin deklarasiyası haqqında indiyə qədər olan sənədlərin təkmilləşdirilməsi, paket halında ortaya çıxarılması və bunun həyata keçirilməsi borc probleminə xeyli dərəcədə təsir göstərəcək". Millət vəkili əlavə edib ki, vergi borclarının silinməsi sonda maliyyə amnistiyası ilə tamamlanmalıdır: "Bununla da xeyli əlavə imkanlar yaradacaq. İndiki məqamda bu, iqtisadiyyata maliyyə qoymaq baxımından mühüm əhəmiyyət kəsb edir".
Nurlan