Hüquqpozmalar barədə məlumat vermək asanlaşır
İqtisadiyyat Nazirliyində korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli şəxs müəyyən edilib. Bu barədə nazirlikdən verilən məlumata görə, "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 14 oktyabr 2016-cı il tarixli Qanununa uyğun olaraq, İqtisadiyyat Nazirliyi üzrə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli struktur bölmə Daxili nəzarət şöbəsi, müvafiq vəzifəli şəxs isə Nazirliyin Aparat rəhbərinin müavini - Daxili nəzarət şöbəsinin müdiri Ayaz Əliyev müəyyən edilib. İqtisadiyyat Nazirliyinin digər struktur bölmələrində də korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli struktur bölmə və müvafiq şəxs müəyyənləşdiriləcəkdir.
23 Dekabr 2016 14:41 İqtisadiyyatİqtisadiyyat Nazirliyində korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli şəxs müəyyən edilib. Bu barədə nazirlikdən verilən məlumata görə, "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 14 oktyabr 2016-cı il tarixli Qanununa uyğun olaraq, İqtisadiyyat Nazirliyi üzrə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli struktur bölmə Daxili nəzarət şöbəsi, müvafiq vəzifəli şəxs isə Nazirliyin Aparat rəhbərinin müavini - Daxili nəzarət şöbəsinin müdiri Ayaz Əliyev müəyyən edilib. İqtisadiyyat Nazirliyinin digər struktur bölmələrində də korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli struktur bölmə və müvafiq şəxs müəyyənləşdiriləcəkdir.