İqtisadiyyat

Dünya yeni sənaye inqilabı ərəfəsində

6 Fevral 2017 15:02

Müasir dövrümüzdə informasiya kommunikasiya texnologiyalarının sürətlə inkişafı idarəetmədə əl əməyinin rolunu əhəmiyyətli dərəcədə azaldır. Artıq o dövrə qədəm qoymuşuq ki, bir vaxtlar 10 nəfərin əllə gördüyü işi, hazırda bir cəmi nəfər kompüter arxasında oturaraq icra edə bilər. Bu bir tərəfdən əl əməyinə olan tələbatın azalmasına gətirib çıxarırsa, digər tərəfdən informasiya kommunikasiya texnologiyalarının sütətlə yayılması, onun günümüzün bir parçasına çevrilməsinə səbəb olur. Bütün bunların göstəricisidir ki, artıq dünyada, eləcə də ölkəmizdə insan əməyindən az istifadə edilən sahələrin yaradılmasına üstünlük verilir. Əslində bu öz-özlüyündə bir sənaye inqilabıdır. Ekspertlər hesab edirlər ki, bu sayca IV sənaye inqilabı sayıla bilər. Bəs görəsən dünyada və Azərbaycanda növbəti 10 ildə IV sənaye inqilabının təsirləri necə olacaq?

Valyuta ehtiyatları artır

6 Fevral 2017 15:01

2015-ci ilin sonlarından dünya bazarlarında neftin qiymətinin kəskin şəkilədə aşağı düşməsi əsas neft ixrac edən ölkələr başda olmaqla, Azərbaycana da müəyən mənada təsir göstərdi. Neft qiymətlərinin aşağı düşməsi ondan gələn gəlirlərin minimuma enməsinə təsir göstərdi ki, bu da istər-istəməz Azərbaycanın valyuta ehtiyatlarının da azalmasına gətirib çıxardı. Elə bunun göstəricisi idi ki, ötən bir ildən artıq müddətdə xarici vaıyutaya nisbətən Azərbaycanın milli valyutasının dəyəri nəzərçarpacaq dərəcədə aşağı düşdü, ölkədə bir-birinin ardınca iki kəskin devalvasiya baş verdi. Maliyyə sektorunda yaşanan bu xoşagəlməz proseslər Azərbaycanda xarici valyuta qıtlığının yaranmasına da səbəb oldu. Təkcə özəl banklar deyil, eləcə də Mərkəzi Bankın valyuta ehtiyatları kəskin dərəcədə azaldı. Vəziyət o həddə çatdı ki, banklarda xarici valyuta, xüsusilə Amerika dolları tapmaq müşkülə çevrildi. Amma görünən odur ki, son günlərdə valyuta ehtiyatlarının həcmində müəyyən mənada müsbət tendensiya müşahidə edilir. Hər halda Azərbaycan Mərkəzi Bankının bu günlərdə açıqladığı rəsmi məlumatdan da bu temdensiya açıq şəkildə görünür. Məlumat üçün qeyd edək ki, Azərbaycan Mərkəzi Bank fevral ayının 1-i tarixinə valyuta ehtiyatlarının həcmini açıqlayıb. Bankın açıqlamasından məlum olur ki, valyuta ehtiyatları cari ilin yanvar ayı ərzində 8,9 faiz artaraq 4327,2 milyon dollara yüksəlib. Bununla da Mərkəzi Bank ehtiyatlarını bir il əvvəlki həddə çatdırıb. Bəs görəsən, Mərkəzi Bankın valyuta ehtiyatlarının nəzərə çarpacaq dərəcədə artmasına təsir edən başlıca amil nədir?

Mərkəzi Bankın (AMB) rəsmi valyuta ehtiyatları həcminin artmasını..

6 Fevral 2017 14:42

Mərkəzi Bankın (AMB) rəsmi valyuta ehtiyatları həcminin yanvarda 350 milyon dollardan çox məbləğdə artmasını Dövlət Neft Fondunun (SOFAZ) sözügedən quruma bu il ərzində nəzərdə tutulan 7,5 milyard manatlıq transferti ilə əlaqələndirmək səhvdir. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri iqtisadçı Pərviz Heydərov səsləndirib.

Bölgə sahibkarları ilə görüş keçirilib

6 Fevral 2017 14:26

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbərliyi Azexport.az portalından ixrac imkanlarının genişləndirilməsi məqsədilə bölgələrə səfərlərə başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, ilk görüş Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarının icra hakimiyyətlərinin rəhbərlikləri və 60-a yaxın sahibkarı ilə Şamaxı Rayon İcra Hakimiyyətində reallaşıb. Görüşü giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev iştirakçıları salamlayaraq ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılan şəraitdən danışmış, “Azexport”un iş adamlarına böyük imkanlar yaradacağına ümidvar olduğunu bildirib.

2 milyon tondan artıq Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb

6 Fevral 2017 13:21

2017-ci ilin yanvar ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 412 min 263 ton Azərbaycan nefti nəql olunub. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı SOCAR yayıb. Bildirilib ki, kəmər istifadəyə verilən gündən 2017-ci il fevral ayının 1-ə qədər BTC-yə 323 milyon 950 min 325 ton neft vurulub.

"OPEC-ə daxil olan ölkələr neftin bahalaşmasının tərəfdarı deyillər"

6 Fevral 2017 13:07

“OPEC-in hazırda istifadə etdiyi üsul ənənəvidir. OPEC neft hasilatının azaldılması ilə qiymətlərin bahalaşması üsulundan 1970-ci ildə də istifadə edib. Lakin OPEC-in daha sonrakı, xüsusilə də 1985-ci ildəki davranışına diqqət etsək görərik ki, həmin dövrdə demək olar ki, OPEC üzvləri arasında hər hansı bağ qalmamışdı və onlar bir-birindən narazı şəkildə neft hasilatını artırdılar. Ümumiyyətlə, neft bazarında növbəti dövr üçün qərar qəbul etmə də öz əhəmiyyətini kifayət qədər itirdi. Sonra isə OPEC-in davranışları  göstərdi ki, heç də hasilatın azaldılması yolu ilə neft qiymətlərinin kəskin artırılmasına nail olmaq doğru yanaşmalardan deyil. Çünki, məhz 1970-ci illərdə neftin qiymətinin dəfələrlə artması, daha sonra 1990-cı illərdə dəfələrlə ucuzlaşmasına gətirib çıxardı”. Bunu iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

Bu ərazilərdə qaz olmayacaq

4 Fevral 2017 15:52

Rusiyanın peyk televiziya operatoru Azərbaycan bazarına girmək istəyir

3 Fevral 2017 16:01

Rusiyanın peyk televiziya operatoru olan “Orion Ekspress” şirkəti Azərbaycan və Ermənistan bazarına çıxmağı planlaşdırır.

Ukrayna şirkətləri Azərbaycan bazarına maraq göstərir

3 Fevral 2017 15:23

Bu günlərdə Ukrayna və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə, müstəqillik əldə edildikdən sonra yaradılıb. Qısa müddətdə rəsmi Kiyev Bakıda öz diplomatik nümayəndəliyini açaraq ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsinə təkan verir.

Azərbaycan Türkiyənin üçüncü ən iri elektrik enerjisi təchizatçısıdır

3 Fevral 2017 14:39

2016-cı ildə Türkiyə 213 mln. 614,469 min dollarlıq elektrik enerjisi idxal edib. Bu göstərici 2015-ci illə müqayisədə 34% azdır. Belə ki, 2015-ci ildə qonşu ölkə 325 mln. 171,296 min dollarlıq elektrik enerjisi idxal edib.

Azərbaycan yanvar ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-ə təqdim edib

3 Fevral 2017 13:01

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin 10 dekabr 2016-cı il tarixində Vyanada neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşmaya uyğun olaraq Azərbaycan cari ilin yanvar ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Birgə Texniki Komissiyasına təqdim edib.

“Total” şirkətlər qrupunun vitse-prezidenti təqdim edildi

3 Fevral 2017 12:59

“Total” şirkətlər qrupunun Avropa və Mərkəzi Asiya Regionunda Kəşfiyyat və Hasilat üzrə baş vitse-prezidenti Maykl Borrelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə energetika naziri Natiq Əliyev arasında görüş keçirilib. Bu barədə nazirlikdən verilən məlumata görə, M.Borrel Azərbaycanın “Total” üçün mühüm biznes marağı kəsb edən ölkə olduğunu nəzərə alaraq, şirkətlər qrupunun Kontinental Avropa və Xəzər regionu üzrə yeni təyin edilmiş vitse–prezidenti Bernard Clementi şəxsən təqdim etmək üçün ölkəmizə səfər etdiyini bildirib.

Rihanna məşhur serialda - video

2 Fevral 2017 19:33

"Beyts Moteli" ("Bates Motel") serialının 5-ci mövsümünün treyleri yayılıb. Yeni seriyalarda müğənni Rihanna da iştirak edir. O, Merion Kreyn obrazını canlandırır.  "Bates Motel"in sonuncu mövsümünün ilk seriyası fevralın 20-də yayımlanacaq.

Uçot dərəcəsi artırılacaqmı? - Mərkəzi Bankdan cavab

2 Fevral 2017 16:38

Əvvəlki illərdə olduğu kimi, cari ildə də uçot dərəcəsi makroiqtisadi göstəricilərin dinamikası, o cümlədən inflyasiya riskləri, maliyyə bazarlarında gedən proseslər və bank sektorunun likvidlik mövqeyi nəzərə alınmaqla müəyyənləşdiriləcək.

Azerbaycanda 3-cü Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək

2 Fevral 2017 15:33

4-6 fevtal 2017 - ci il tarixdə Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən AF Oteldə 3-cü Azerbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən “Olaylar”a verilən məlumata görə, konfransda iştirak etmək üçün bu günə qədər 155 nəfər qeydiyyatdan kecib.