Ukrayna şirkətləri Azərbaycan bazarına maraq göstərir

Bu günlərdə Ukrayna və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə, müstəqillik əldə edildikdən sonra yaradılıb. Qısa müddətdə rəsmi Kiyev Bakıda öz diplomatik nümayəndəliyini açaraq ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsinə təkan verir.

Kiyev-Bakı əməkdaşlığının daha da inkişafı üçün böyük potensial var

Bu günlərdə Ukrayna və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə, müstəqillik əldə edildikdən sonra yaradılıb. Qısa müddətdə rəsmi Kiyev Bakıda öz diplomatik nümayəndəliyini açaraq ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsinə təkan verir.

Ukraynanın Milli Aviasiya Akademiyasının beynəlxalq hüquq kafedrasının professoru, hüquq elmləri doktoru Arif Quliyev bu ölkənin xəbər portalında Azərbaycan-Ukrayna münasibətlərinə nəzər yetirərək qeyd edib ki, müxtəlif sahələrdə Azərbaycan ilə Ukrayna arasında mövcud olan praktiki əməkdaşlıq daim xalqlarımız arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə, humanitar əlaqələrin genişləndirilməsinə gətirib çıxarıb. Bu gün isə həmin münasibətlər yeni inkişaf mərhələsinə keçir: "Azərbaycan və Ukrayna arasında isti dostluq münasibətləri Kiyev və Bakı arasında diplomatik münasibətlərin rəsmi qurulmasından əvvəl də çox-çox inkişaf etmişdi. iki ölkə arasında uzun, dərin və ənənəvi dostluq əlaqələri mövcud olmub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hər zaman Ukrayna xalqına səmimi, mehriban, dost münasibəti edib. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi, o, Ukrayna üçün çox böyük işlər gördü. Heydər Əliyev Kiyev Milli Filarmoniyasında bərpası üçün vəsait ayrılmasına nail oldu. Eləcə də Heydər Əliyevin sayəsində Ukraynada bir sıra müəssisələr yaradıldı". Arif Quliyev qeyd edir ki, Azərbaycan hökuməti hər zaman Ukrayna ilə əlaqələrin inkişafına böyük önəm verir, Ukraynanı etibarlı dost və etibarlı tərəfdaş kimi görür. Onun sözlərinə görə, hazırda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ənənəvi Azərbaycan-Ukrayna dostluq münasibətlərinin bundan sonra da inkişaf etdirilməsinə çalışır: "Ukrayna ilə Azərbaycan arasında tərəfdaşlıq çoxşaxəli və qarşılıqlı siyasi və iqtisadi əməkdaşlıq mövcuddur. Azərbaycan və Ukrayna səmərəli konstruktiv əməkdaşlıq edir, iki ölkənin strateji maraqları üst-üstə düşür. Bir sözlə, Ukrayna-Azərbaycan tərəfdaşlıq əlaqələri dərin köklərə malikdir". Arif Quliyev bildirir ki, bu gün Azərbaycan üçün ən böyük və həlli vacib oolan məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir: " Bu təhlükə təkcə Azərbaycan üçün, həm də bütün region üçün bir təhlükədir. Bu gün münaqişə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycan GUAM, ATƏT-in üzvü, ölkəmizin strateji tərəfdaşı kimi hər zaman bu problemin həll

olunmamasından narahatlığını ifadə edib. Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həllnin vacibliyi dəfələrlə bəyan edilib. Eyni zamanda Ukraynanın cənub-şərqindəki vəziyyətin də həlli üçün beynəlxalq təşkilatlar müvafiq addımlar atmalıdır. Bu gün Ukrayna və Azərbaycan bir çox beynəlxalq təşkilatlarda, xüsusilə BMT, ATƏT, Avropa Şurasında uğurla əməkdaşlıq edir, bir-birinə dəstək verir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olanda, Ukrayna birməanlı olaraq onu dəstəkləyib. Bu gün də Ukrayna Azərbaycanın mövqeyini müdafiə edir. 2016-2017-ci illərdə eyni tendensiya davam edib". Həmyerlimiz yazır ki, hazırda ölkələrin suverenliyinə hörmət və ərazi bütövlüyünün qarşılıqlı qorunması nəmli məsələlər. Bu baxımdan Ukrayna Azərbaycanın, Azərbaycan isə Ukraynanın ərazi bütövlüyünü tanıyır, bu məsələdə ölkələr dəqiq bir mövqe tuturlar. Ukrayna və Azərbaycan münasibətlərinin uzun bir tarixi var. Bu ölkələrin arasında müstəqillik illərində, eləcə də ondan əvvəl həmişə xüsusi dostluq münasibətləri olub. Azərbaycanda Ukraynanın görkəmli şairi Taras Şevçenkonun abidəsi, Kiyevin mərkəzində isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi mövcuddur". Arif Quliyev onu da qeyd edib ki, Ukrayna-Azərbaycan əməkdaşlığının daha da inkişafı üçün böyük potensial var: "Siyasi, parlamentlərarası, iqtisadi, enerji, nəqliyyat, hərbi-texniki, aerokosmik, humanitar və s. sahələrdə ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əla imkanlar var. Bu gün iri Ukrayna şirkətləri, xüsusilə inşaat sektorunda ixtisaslaşan şirkətlər Azərbaycan bazarına maraq göstərir. Bu gün biz, Ukrayna və xaricdə yaşayan azərbaycanlılar da iri infrastruktur layihələrinin həyata keçirilməsində iştirak etməyə hazırıq. Bakıda və ölkənin regionlarında Ukrayna şirkətləri iştirakını görürük. Bu gün Azərbaycan və Ukrayna iqtisadi məsələlərdə böyük potensiala malikdir. Qarşılıqlı ticarətin genişləndirilməsi üçün imkanlar var. İki ölkə prezidentləri - Petro Poroshenko və İlham Əliyev son görüş zamanı bu məsələni geniş müzakirə ediblər. Ukrayna və Azərbaycan arasında əməkdaşlığın perspektivli istiqamətlərindən biri də enerji sektorudur. Bu sahədə də ölkələr arasında normal münasibətlər var. Azərbaycan Dövlət Neft Şirkəti SOCAR Ukraynada artıq fəal iştirak edir, böyük investisiyalar, sərmayə yatırıb. Ukraynada SOCAR-ın fəaliyyəti ölkələrimiz arasında əlaqələri daha inkişaf etdirir və bu fəaliyyət çox uğurludur.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31