Azerbaycanda 3-cü Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək
4-6 fevtal 2017 - ci il tarixdə Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən AF Oteldə 3-cü Azerbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən “Olaylar”a verilən məlumata görə, konfransda iştirak etmək üçün bu günə qədər 155 nəfər qeydiyyatdan kecib.
2 Fevral 2017 15:33 İqtisadiyyat4-6 fevtal 2017 - ci il tarixdə Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən AF Oteldə 3-cü Azerbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a verilən məlumata görə, konfransda iştirak etmək üçün bu günə qədər 155 nəfər qeydiyyatdan kecib. Azərbaycandan olan iştirakçılar arasında arıçılarla bərabər müvafiq dövlət qurumlarının nümayəndələri, alimlər, arıçılıq sahəsi üzrə mütəxəssislər, arıçılıq layihələri həyata keçirən ictimai bırliklərin nümayəndələriləri də vardır. Yerli və xarici mütəxəssislər, o cümlədən arıçılıq birliklərinin nümayənləri Azərbaycan arıçılarını müasir arı saxlama texnologiyaları ilə tanış edəcəklər. Türkiyədə yayımlanan ''Bereket TV'' kanalının çəkiliş qrupu da qonaqlar sırasındadır. Bundan başqa bu ilin sentyabrında İstanbulda keçiriləcək 45-ci Ümumdünya Apimondiya kongresinin təşkilat komitəsinin və elmi şurasının sədrləri, həmçinin digər səlahiyyətli nümayəndələri konfransda iştirak edəcəklər. Konfransda arıcılığın bütün sahələrini əhatə edən mövzular müzakirə olunacaq.