Valyuta ehtiyatları artır
2015-ci ilin sonlarından dünya bazarlarında neftin qiymətinin kəskin şəkilədə aşağı düşməsi əsas neft ixrac edən ölkələr başda olmaqla, Azərbaycana da müəyən mənada təsir göstərdi. Neft qiymətlərinin aşağı düşməsi ondan gələn gəlirlərin minimuma enməsinə təsir göstərdi ki, bu da istər-istəməz Azərbaycanın valyuta ehtiyatlarının da azalmasına gətirib çıxardı. Elə bunun göstəricisi idi ki, ötən bir ildən artıq müddətdə xarici vaıyutaya nisbətən Azərbaycanın milli valyutasının dəyəri nəzərçarpacaq dərəcədə aşağı düşdü, ölkədə bir-birinin ardınca iki kəskin devalvasiya baş verdi. Maliyyə sektorunda yaşanan bu xoşagəlməz proseslər Azərbaycanda xarici valyuta qıtlığının yaranmasına da səbəb oldu. Təkcə özəl banklar deyil, eləcə də Mərkəzi Bankın valyuta ehtiyatları kəskin dərəcədə azaldı. Vəziyət o həddə çatdı ki, banklarda xarici valyuta, xüsusilə Amerika dolları tapmaq müşkülə çevrildi. Amma görünən odur ki, son günlərdə valyuta ehtiyatlarının həcmində müəyyən mənada müsbət tendensiya müşahidə edilir. Hər halda Azərbaycan Mərkəzi Bankının bu günlərdə açıqladığı rəsmi məlumatdan da bu temdensiya açıq şəkildə görünür. Məlumat üçün qeyd edək ki, Azərbaycan Mərkəzi Bank fevral ayının 1-i tarixinə valyuta ehtiyatlarının həcmini açıqlayıb. Bankın açıqlamasından məlum olur ki, valyuta ehtiyatları cari ilin yanvar ayı ərzində 8,9 faiz artaraq 4327,2 milyon dollara yüksəlib. Bununla da Mərkəzi Bank ehtiyatlarını bir il əvvəlki həddə çatdırıb. Bəs görəsən, Mərkəzi Bankın valyuta ehtiyatlarının nəzərə çarpacaq dərəcədə artmasına təsir edən başlıca amil nədir?
6 Fevral 2017 15:01 İqtisadiyyatBunu şərtləndirən başlıca amillər hansılardır?

İqtisadçı ekspert Samir Əliyev deyir ki,uzun fasilədən sonra bir ayda valyuta ehtiyatlarında bu səviyyədə artım təəccüb doğurmaya bilməzdi. Onun sözlərinə görə, xüsusən də manatın tam üzən məzənnəyə keçdiyi elan edildiyi bir vaxtda bu məlumat ilk baxışdan belə bir fikri ortaya atır: "Manat tam üzən məzənnəyə keçdiyi üçün Mərkəzi Bankın valyuta ehtiyatı artdı. Bu fikri gücləndirmək üçün Rusiya və Qazaxıstan təcrübəsinə istinad etmək də olar. Çünki hər iki ölkədə milli valyutanın məzənnəsi sərbəst buraxıldıqdan sonra valyuta ehtiyatlarının azalması dayandı və artımla əvəz olundu. Bəs onda necə oldu ki, bizim Mərkəzi Bankın ehtiyatları qısa müddətdə bu həcmdə artdı? Mərkəzi Bankın xəsisliklə paylaşdığı məlumatlar fonunda bunun səbəbini müəyyənləşdimək çətindir. Yenə də onu tapmağa çalışaq. Qabaqcadan deyim ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasının manatın tam üzən məzənnəyə keçidi ilə heç bir əlaqəsi yoxdur. Çünki Mərkəzi Bank ötən ilin sentyabrından valyuta bazarında satışı dayandırıb və ancaq vasitəçi rolunu oynayır. Yəni, onsuz da baş bankımız valyuta satmırdı. Yanvar ayında dollar dünya bazarında əsas valyutalara münasibətdə ucuzlaşıb. Valyuta ehtiyatına daxil edilən avro 2,7 faiz, funt sterlinq isə 1,9 faiz bahalaşıb. Bu valyutaların ehtiyatlarda həcmi barədə son məlumatlar yoxdur". Samir Əliyevin sözlərinə görə, təxmin etmək olar ki, 4 milyard dollarlıq ehtiyatda onların payı ümumi məbləğin 10-15 faiz civarındadır: "Deməli, məzənnə fərqinə görə artım 10-15 milyon dollar olub. Onda yerdə qalan vəsait hardan yaranıb? Ehtiyatların idarə dilməsindən o qədər artım əldə etmək mümkün deyil. Mərkəzi Bank bazardan da dollar almayıb. Ən azı indiki dövrdə bu mümkün deyil. Elə pul bazasının yanvar ayında 6.7 faiz azalaraq 7,3 milyard manata düşməsi monetar qurumun alış versiyasını istisna edir". İqtisadçı deyir ki, yeganə səbəb kimi Neft Fondunun "makroiqtisadi sabitlik" məqsədilə nəzərdə tutulan 7,5 milyard manatın bir hissəsinin Mərkəzi Banka köçürülməsi ilə izah etmək olar: "Bu məqsədlə Neft Fondu ayda orta hesabla 625 milyon manat köçürməlidir.Bu isə təxminən 342 milyon dollar (yanvar üzrə orta məzənnə təxminən 1,83 USD/AZN) edir. Məzənnə fərqini də nəzərə alsaq, təxminən 352-357 milyon dollar edir. Ehtiyatın həcmi də məhz bu həddə artıb. Mərkəzi Bank sonsuz olaraq Neft Fondunun vəsaiti hesabına ehtiyatlarını artırmayacaq. Çünki makroiqtisadi sabitlik puluna ehtiyac çoxdur. Həm xarici borcların (Beynəlxalq Bank, dövlət şirkətləri və s.), həm də valyuta bazarının bu vəsaitə ehtiyacı olacaq. Ona görə də növbəti aylarda Mərkəzi Bankın valyuta ehtiyatlarının yenidən azalması baş verəcək".
Süleyman