Bölgə sahibkarları ilə görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbərliyi Azexport.az portalından ixrac imkanlarının genişləndirilməsi məqsədilə bölgələrə səfərlərə başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, ilk görüş Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarının icra hakimiyyətlərinin rəhbərlikləri və 60-a yaxın sahibkarı ilə Şamaxı Rayon İcra Hakimiyyətində reallaşıb. Görüşü giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev iştirakçıları salamlayaraq ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılan şəraitdən danışmış, “Azexport”un iş adamlarına böyük imkanlar yaradacağına ümidvar olduğunu bildirib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbərliyi Azexport.az portalından ixrac imkanlarının genişləndirilməsi məqsədilə bölgələrə səfərlərə başlayıb. "OLAYLAR"-ın xəbərinə görə, ilk görüş Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarının icra hakimiyyətlərinin rəhbərlikləri və 60-a yaxın sahibkarı ilə Şamaxı Rayon İcra Hakimiyyətində reallaşıb. Görüşü giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev iştirakçıları salamlayaraq ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılan şəraitdən danışmış, "Azexport"un iş adamlarına böyük imkanlar yaradacağına ümidvar olduğunu bildirib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxış edərək deyib ki, ixrac imkanlarının genişləndirilməsi ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Bu baxımdan qeyri-neft sektorunun inkişafı, xüsusilə regionlarda yeni istehsal sahələrinin inkişaf etdirilməsi vacibdir. Son illər qeyri-neft potensialının cəmləşdiyi regionların inkişafı ilə bağlı müvafiq dövlət proqramlarına uyğun olaraq kompleks tədbirlər görülür. Sonra Azexport.az portalının rəhbəri Zaur Qardaşov portalın funksionallığı, Azərbaycan istehsalçıları barədə vahid məlumat bazasının işləmə prinsipi, eyni zamanda, portalın ixracatçılara təklif etdiyi əlavə imkanlardan bəhs edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31