İqtisadiyyat

Dolların ucuzlaşması nə vəd edir?

10 Fevral 2017 15:01

2015-ci ilin dekabrından manatın dollara nisbtən dəyərinin kəskin şəkildə düşməsindən sonra ilk dəfədir ki, milli valyutamız Amerika dolları qarşısında öz möhkəmləyini ciddi şəkildə qoruyaraq arada olan fərqi azalda bilir. Artıq bir neçə gündür ki, ölkənin maliyyə bazarında manat dolları nəzərəçarpacaq dərəcədə üstələyir. Vəziyyət o həddə çatıb ki, dolların sürətlə ucuzlaşmasından ehtiyat edən vətəndaşlar onu milli valyutaya dəyişirlər. Bir növ Amerika dollarına olan tələbatın azalması müşahidə edilir. Ötən gün Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (SOFAZ) ilə birgə təşkil etdiyi valyuta hərracında satışa çıxarılan ABŞ dollarının hamısı satılmaması da belə deməyə əsas verir. Belə ki, təklif olunan 35 milyon dolların yalnız 7 milyona yaxını, yəni ki, 19 faizi satılıb. Nəticədə USD/AZN məzənnəsi 1,7301 manat səviyyəsində qərarlaşaraq, bu dəfə dolların manata görə məzənnəsi 5,2 faiz enib. Bu da son günlər dolların guya süni olaraq ucuzlaşdırıldığı fikrinə qarşı olan daha bir arqumentdir. Bəs görəsən bu proses nə qədər davam edəcək və yaxın vaxtlar üçün gözləntilər nədir?

Elman Rüstəmov:"Xüsusi tədbirlər görüləcək”

9 Fevral 2017 17:57

Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müllerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Mərkəzi Bankdan verilən məlumata görə, görüş zamanı DB-nin Azərbaycanda həyata keçirilən proqramı və əməkdaşlıq imkanları müzakirə edilib. Nümayəndə heyətinin rəhbəri S.Müller təmsil etdiyi qurumun Azərbaycanda fəaliyyətinin uğurla davam olunmasında göstərdiyi dəstəyə görə Mərkəzi Bankın sədrinə öz təşəkkürünü bildirib. Ölkədə aparılan iqtisadi islahatların əsas istiqamətlərini təqdirəlayiq hesab edərək görülən tədbirləri, ölkənin üzləşdiyi yeni çağırışların həllində Mərkəzi Bankın fəal iştirakını vurğulayıb.

Banklar süni gəliri necə əldə edirlər?

9 Fevral 2017 16:57

Kommersiya bankları milli valyutanın möhkəmlənməsi fonunda dolların alış və satış kursları arasında kəskin fərq müəyyənləşdiriblər. Bir sıra banklarda dollara 1.68 kursu ilə alınır 1.85 məzənnəsi ilə satılır. Bu isə o deməkdir ki, bank vətəndaşdan 100 dolları 168 manata alır və elə həmin 100 dolları digər vətəndaşımıza 185 manata satır.

Mərakeş Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır

9 Fevral 2017 13:38

Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş Energetika Nazirliyində olub. Bu barədə nazirlikdən “Olayar”a verilən məlumata görə, nazir Natiq Əliyevlə görüşdə Mərakeşin beynəlxalq qurumlarda Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsindən məmnunluq ifadə edilib. İkitərəfli iqtisadi münasibətlərin, xüsusilə də enerji sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti barədə söhbət açılıb.

Energetika Nazirliyində görüş

9 Fevral 2017 12:16

Energetika Nazirliyində İsveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım İnqrid Tersmanla energetika naziri Natiq Əliyev arasında görüş keçirilib. Azərbaycan-İsveç əlaqələrinin yaxşı tarixə malik olduğunu vurğulayan energetika naziri iki ölkə arasında müxtəlif sahələrdə mövcud əməkdaşlığın dərinləşdirilməsinin vacibliyindən bəhs edib.  Azərbaycanı Avropa üçün vacib ölkə hesab edən səfir xanım İnqrid Tersman isə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin yeni inkişaf səviyyəsini təmin edəcək tədbirlərin həm də İsveçlə ikitərəfli münasibətlərin genişlənməsinə təsir göstərəcəyini vurğulayıb. Səfir ölkəsinin daha çox bərpa olunan enerji sahəsinə investisiya qoyuluşunu həyata keçirdiyini vurğulayaraq, Azərbaycanda bu istiqamətdə görülən işlər və beynəlxalq şirkətlərin iştirakı ilə maraqlanıb. 

BƏƏ-nin "VPS Healthcare" şirkəti ilə Anlaşma Memorandumu imzalanıb

9 Fevral 2017 11:56

İqtisadiyyat naziri Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin "VPS Healthcare" şirkətinin direktoru Şəmşir Vayalilin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycanın investisiya və biznes mühiti, əczaçılıq sənayesinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verib. "VPS Healthcare" şirkətinin fəaliyyəti barədə məlumat verən Şəmşir Vayalil ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu və Azərbaycanda əczaçılıq sənayesinin inkişafı üçün böyük imkanları qeyd edib. Sonra "Azərbaycan İnvestisiya Şirkəti" ASC və Birləşmiş Ərəb Əmirliklərinin "VPS Healthcare" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə Azərbaycanda beynəlxalq standartlara uyğun birgə dərman istehsalının təşkili üzrə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

"Azerspace-1" 50 milyon dollar pul qazanıb

8 Fevral 2017 18:24

Bu gün Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki "Azerspace-1"peykinin orbitə buraxılmasının dördüncü ildönümüdür.

İqtisadiyyat Nazirliyinin bir neçə əməkdaşına töhmət verilib

8 Fevral 2017 15:09

İqtisadiyyat Nazirliyinin Daxili nəzarət şöbəsi tərəfindən 2016-cı il ərzində qurumun Aparatında əmək intizamına riayət olunması vəziyyəti üzrə gündəlik monitorinqlər keçirilmiş və nəticələri nazirliyin rəhbərliyə təqdim edilib.

Manatın möhkəmlənməsi nə zamana kimi davam edəcək?

8 Fevral 2017 15:00

Nəhayət, son iki ildə ilk dəfə olaraq, manatın digər valyutalar qarşısında möhkəmlənməsi müşahidə olunur. Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 7-nə olan məlumatına görə, USD/AZN rəsmi məzənnəsi 1,8% ucuzlaşaraq 1,8769 səviyyəsində müəyyən olunub. Bu isə o deməkdir ki, manatın orta çəkili məzənnəsi 2,8% möhkəmlənib. Mərkəzi Bank rəsmi məzənnəni bu hərracın nəticəsinə uyğun elan edəcək. Bununla da manatın fevralın 2-dən başlayan bahalaşması sabah da davam edəcək. Artıq ictimai fikirlərdə manatın sabitləşəcəyi, hətta dollara nisbətən bahalaşa biləcəyinə dair ümidlər var. Manatın möhkəmlənməsi nə zamana kimi davam edə bilər?

İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək

8 Fevral 2017 14:22

Gələn həftə İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) verilən məlumata görə, fevralın 17-də Türkiyənin İstanbul şəhərində V Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunun keçirilməsi nəzərdə tutulur. 

Dollara tələbat hansı səbəbdən azalıb?

7 Fevral 2017 15:33

Son günlər manatın dollara nisbətən möhkəmlənməsi ən çox müzakirə edilən məsələdir. Apardığımız monitorinqlər də göstərir ki, yanvarın ayının sonundan başlayaraq dollara tələb azalıb. Hətta dollara təklifində də artımlar var. Əslində, yanvar və fevral aylarında dollara tələbin azalması gözlənilən idi. Dekabr ayında idxal, borc öhdəliklərin ödənilməsi və eləcə də səfərlərin sayında artımlar baş verir və nəticədə ilin son ayında dollara olan artım növbəti ilin ilk ayında azalma ilə müşahidə edilir. Dövlət Neft Fondunun yanvar ayında cəmi 285 milyon dollar satması da həmçinin tələbin azalması ilə bağlı idi.

Azərbaycanın ixrac missiyası Əfqanıstanda

7 Fevral 2017 11:56

Azərbaycanın ixrac missiyası Əfqanıstanın Kabul şəhərindədir. Missiyaya ölkəmizdə meyvə şirələri, ət və ət məhsulları, təbii mineral sular, un və un məmulatları, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 9 şirkətin nümayəndəsi daxildir.Bu barədə İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə,  səfərin ilk günü Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Əfqanıstan Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Azərbaycan və əfqan şirkətləri arasında görüş keçirilib.

Avtomobil bazarında nə baş verir?

6 Fevral 2017 15:04

Ölkənin avtomobil bazarında qeyri-müəyyənlik hökm sürməkdədir. Dolların məzənnəsi qalxdıqdan sonra avtomobillərin də qiymətində başalaşmanın baş verməsi təbii haldır. Ancaq, avtomobilə olan tələbatın azlığı qiymətlərin əlçatanlığına şərait yaradırdı. Son günlər isə hətta ikinci əl avtomobil bazarında qiymətlərin kəllə-çarxa qalxdığı deyilir. Məlumata görə, Azərbaycanda ikinci əl avtomobil bazarı təşviş içindədir. Belə ki, hazırda ikinci əl avtomobil bazarında alıcı tapılmır.