Dolların ucuzlaşması nə vəd edir?

2015-ci ilin dekabrından manatın dollara nisbtən dəyərinin kəskin şəkildə düşməsindən sonra ilk dəfədir ki, milli valyutamız Amerika dolları qarşısında öz möhkəmləyini ciddi şəkildə qoruyaraq arada olan fərqi azalda bilir. Artıq bir neçə gündür ki, ölkənin maliyyə bazarında manat dolları nəzərəçarpacaq dərəcədə üstələyir. Vəziyyət o həddə çatıb ki, dolların sürətlə ucuzlaşmasından ehtiyat edən vətəndaşlar onu milli valyutaya dəyişirlər. Bir növ Amerika dollarına olan tələbatın azalması müşahidə edilir. Ötən gün Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (SOFAZ) ilə birgə təşkil etdiyi valyuta hərracında satışa çıxarılan ABŞ dollarının hamısı satılmaması da belə deməyə əsas verir. Belə ki, təklif olunan 35 milyon dolların yalnız 7 milyona yaxını, yəni ki, 19 faizi satılıb. Nəticədə USD/AZN məzənnəsi 1,7301 manat səviyyəsində qərarlaşaraq, bu dəfə dolların manata görə məzənnəsi 5,2 faiz enib. Bu da son günlər dolların guya süni olaraq ucuzlaşdırıldığı fikrinə qarşı olan daha bir arqumentdir. Bəs görəsən bu proses nə qədər davam edəcək və yaxın vaxtlar üçün gözləntilər nədir?

Pərviz Heydərov: "Yaranmış şəraitdən istifadə edərək Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta ehtiyatlarını artıra bilər"

2015-ci ilin dekabrından manatın dollara nisbtən dəyərinin kəskin şəkildə düşməsindən sonra ilk dəfədir ki, milli valyutamız Amerika dolları qarşısında öz möhkəmləyini ciddi şəkildə qoruyaraq arada olan fərqi azalda bilir. Artıq bir neçə gündür ki, ölkənin maliyyə bazarında manat dolları nəzərəçarpacaq dərəcədə üstələyir. Vəziyyət o həddə çatıb ki, dolların sürətlə ucuzlaşmasından ehtiyat edən vətəndaşlar onu milli valyutaya dəyişirlər. Bir növ Amerika dollarına olan tələbatın azalması müşahidə edilir. Ötən gün Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (SOFAZ) ilə birgə təşkil etdiyi valyuta hərracında satışa çıxarılan ABŞ dollarının hamısı satılmaması da belə deməyə əsas verir. Belə ki, təklif olunan 35 milyon dolların yalnız 7 milyona yaxını, yəni ki, 19 faizi satılıb. Nəticədə USD/AZN məzənnəsi 1,7301 manat səviyyəsində qərarlaşaraq, bu dəfə dolların manata görə məzənnəsi 5,2 faiz enib. Bu da son günlər dolların guya süni olaraq ucuzlaşdırıldığı fikrinə qarşı olan daha bir arqumentdir. Bəs görəsən bu proses nə qədər davam edəcək və yaxın vaxtlar üçün gözləntilər nədir?

İqtisasdçı ekspert Pərviz Heydərov deyir ki, ümumiyyətlə, manatın yanvar ayı ərzində nümayiş etdirdiyi ucuzlaşma prosesinin fevralda səngiyəcəyi gözlənilən idi. Onun sözlərinə görə, keçən ilin fevral ayını yada salsaq, eyni tendensiyanın şahidi olarıq: "Yeri gəlmişkən, yanvarda manatın dollara qarşı dəyəri 8,23 faiz civarında ucuzlaşmışdı ki, SOFAZ tərəfindən verilən məlumata əsasən isə sözügedən ay ərzində ümumən 285 milyon dollar vəsait satılmışdı. Dolların guya, süni olaraq ucuzlaşdırıldığı fikrini irəli sürənlərin isə əsas arqumentlərindən biri budur ki, guya, əhalidə olan dollarlar yığılmaq istənilir. Əhalinin dollar vəsaitləri çox olan hissəsinin vəsaitləri "əllərdə" deyil - ya banklardadır, ya da ki, SOCAR-ın istiqrazlarında. Odur ki, sual edirəm: yerdə qalan hissədə nə qədər dollar vəsaitləri vardır ki, hökumət bunu sözügedən yolla cəlb edərək hansısa yarasını sağalda bilsin?!. Odur ki, bu, tamamilə cəfəng fikirdir. O ki qaldı bankların "fırıldaqlarına", ölkədə kommersiya banklarının hazırda başqa gəlir mənbələri yoxdur. Mən, hələ keçən ilin dekabrında 4 faizlik marjanın ləğv olunmasını ilk dəfə təklif edəndə də yazmışdım ki, bunun ləğvi həm də buna görə zəruridir. Yəni ki, bankların müvəqqəti də olsa bundan gəlir götürə bilmələri üçün. Burada hələki mənfi heç bir hal yoxdur və axtarmaq da lazım deyil. Kommersiya banklarının dolların alışı ilə satışı qiymətləri arasındakı kəskin distansiyadan əsasən, idxalçılar zərər görəcəklər. Və bu da dolayı yolla əksinə, bir sıra yerli istehsalçılar üçün xeyirlidir". İqtisadçı bildirib ki, manatın qıtlığı ilə əlaqədar arqument isə doğrudur: "Bu, artıq, uzun müddətdir ki, belədir və sadəcə olaraq, tam üzən məzənnə rejiminə keçilməsi ilə əlaqədar olaraq öz təsirini daha "effektiv şəkildə" göstərməkdədir. Mart ayında əkstendensiya başlayacaqdır. Dolların çox ucuzlaşması hökumətə də sərfəli deyil. Sadəcə olaraq, yaranmış şəraitdən fürsət olaraq istifadə edərək Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta ehtiyatlarını artıra bilər. Və çox güman ki, fevralda da bu, baş verəcəkdir. Ancaq, martda dollar yenidən bahalaşmağa başlayacaq. Ümumiyyətlə, artıb-azalma 1.65-2,05 azn aralığında müşahidə edilməlidir. İndi banklar da yarannmış fürsətdən istifadə edərək, vətəndaşları dəvət edir ki, əvvəl manatlarını dəyişdirdikləri dollarları gətirib yenidən manatla əvəz etsinlər. Yəni, bu, periodik bir haldır... Burada spekulyasiyadan və sairədən danışmağa məncə lüzum yoxdur. Başqa sözlə, real sektor düz-əməlli çalışmır ki, bu işlər - mübadilə prosesi məhz iqtisadiyyatın real sektoruna aid subyektlərlə müvafiq tandemdə həyata keçirilsin. Bu gün 90-cı illərin əvvəllərində olduğu kimi bir bank çıxıb elan etsə ki, ayda 30 faiz verirəm - gətirin vəsait qoyun, - kasıb dediyimiz də "yerin deşiyindən" də olsa 3-4 min dollar çıxardaraq topalayıb gətirib o banka qoyacaq ki, "dolana bilim".Mal-qarasını satıb gətirib o banka pul qoyanlar olacaq . Çünki, millətə başa salmaq olmur ki, bu gün 200 manata ala biləcəyiniz bir "şeyi" və yaxud həyata keçirə biləcəyin "işi" dollar sabah lap 10 dəfə yüksələrək 2000 manat olacaq deyə, əlindəki 200-ü qabaqcadan dollara dəyişib sabah 2000 manat "qazanmaq" istəsən də belə, yenə nəzərdə tutduğundan artıq heç nə əldə edə bilməyəcəksən. Belədə banklar da "spekulyasiya" edəcəklər". İqtisadçı deyir ki, dolların ucuzlaşması ilə əlaqədar olaraq, Aİ-95 və istehlak qiymətləri də ona görə enmir ki, sözügedən tendensiya dayanıqlı deyil.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31