Manatın möhkəmlənməsi nə zamana kimi davam edəcək?
Nəhayət, son iki ildə ilk dəfə olaraq, manatın digər valyutalar qarşısında möhkəmlənməsi müşahidə olunur. Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 7-nə olan məlumatına görə, USD/AZN rəsmi məzənnəsi 1,8% ucuzlaşaraq 1,8769 səviyyəsində müəyyən olunub. Bu isə o deməkdir ki, manatın orta çəkili məzənnəsi 2,8% möhkəmlənib. Mərkəzi Bank rəsmi məzənnəni bu hərracın nəticəsinə uyğun elan edəcək. Bununla da manatın fevralın 2-dən başlayan bahalaşması sabah da davam edəcək. Artıq ictimai fikirlərdə manatın sabitləşəcəyi, hətta dollara nisbətən bahalaşa biləcəyinə dair ümidlər var. Manatın möhkəmlənməsi nə zamana kimi davam edə bilər?
8 Fevral 2017 15:00 İqtisadiyyatEkspert: "Manatın bahalaşması uzunmüddətli və dayanıqlı prosesdir"
Nəhayət, son iki ildə ilk dəfə olaraq, manatın digər valyutalar qarşısında möhkəmlənməsi müşahidə olunur. Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 7-nə olan məlumatına görə, USD/AZN rəsmi məzənnəsi 1,8% ucuzlaşaraq 1,8769 səviyyəsində müəyyən olunub. Bu isə o deməkdir ki, manatın orta çəkili məzənnəsi 2,8% möhkəmlənib. Mərkəzi Bank rəsmi məzənnəni bu hərracın nəticəsinə uyğun elan edəcək. Bununla da manatın fevralın 2-dən başlayan bahalaşması sabah da davam edəcək. Artıq ictimai fikirlərdə manatın sabitləşəcəyi, hətta dollara nisbətən bahalaşa biləcəyinə dair ümidlər var. Manatın möhkəmlənməsi nə zamana kimi davam edə bilər?
İqtisadçı-ekspert Samir Əliyev bildirib ki, görünən odur ki, valyuta bazarındakı gərginlik əhaliyə keçib. Banklara dollar borcu olanlar sevinir, dolları alıb yığanlar isə narahat olmağa başlayıb. Dolların bahalaşması necə narahatlıq yaradırsa, onun ucuzlaşması da eyni gərginlik yaradır: "Axı nə baş verib ki, manat bahalaşır? Bəlkə, ölkəyə dollar axını güclənib, və ya idxal kəskin azalıb, yaxud da hərraca çıxarılan dolların həcmi dəfələrlə artıb? Təəssüf ki, bunların heç biri baş verməyib. Ölkəyə dollar yenə də bir kanalla - Dövlət Neft Fondu vasitəsilə daxil olur. Hərraca çıxarılan dolların həcmində nəinki artım var, hətta azalma qeydə alınıb. Ötən il hərraca 50 milyon dollar çıxarıldığı halda indi 25-35 milyon dollar arasında dəyişir. İdxal cəmisi 7,6% azalıb. Hətta dövlət satınalmalarında 2018-ci ilə qədər idxal mallarının alışına qadağanın qoyulması idxalı əhəmiyyətli azalda bilməyib. İxrac 20%, qeyri-neft ixracı 28% azalıb. Neftin qiyməti isə il başlayandan 54-56 dollar arasında dəyişib. Yəni neft də bahalaşmayıb". Bəs onda manat niyə bahalaşır? Manatın bahalaşması üçün fundamental səbəb varmı? Ekspert qeyd edib ki, manatın möhkəmlənməsi üçün fundamental əsaslar olmalıır. Manatın bahalaşması uzunmüddətli və dayanıqlı prosesdir: "Bu bahalaşmanın bir neçə səbəbini qeyd etmək olar. Əvvala manatın bahalaşması spekulyasiya ilə bağlıdır. Artıq bir sıra banklar aktiv şəkildə valyuta alqı-satqısına girişiblər. Kreditləşmə imkanları məhdudlaşan banklar yeni gəlir mənbəyi əldə ediblər və zərərləri valyuta alqı-satqısı hesabına aradan qaldırırlar. Digər tərəfdən xarici borcların qaytarılması faktoru var. Hər il olduğu kimi bu il istər dövlətin, istərsə də dövlət şirkətlərinin xarici öhdəlikəri qaytarılmalıdır. Bu vəsaitlərin bir hissəsi Neft Fondu tərəfdən Mərkəzi Banka ayrılan vəsait hesabına ödəniləcək. Məsələn, mətbuatda gedən məlumata görə, Azərbaycan hökuməti Beynəlxalq Bankın 3 milyard ABŞ dolları həcmində borcu öhdəsinə götürüb. Ancaq təxminən 1 milyard dollara yaxın borc isə büdcə vasitəsilə qaytarılacaq. Manatın ucuzlaşması həmin borcların qaytarlmasına çətinlik yaradır. Üçüncü səbəb büdcə xərclərinin azlığıdır ki, bir qayda olaraq ilin əvvəlki aylarında büdcə xərclərinin icra səviyyəsi aşağı olur. İqtisadiyyata yönəldilən pul kütləsi az olduğundan manat qıtlığı hiss olunur. Dollara tələbat isə aşağı səviyyədə olur". Onun sözlərinə görə, Neft Fondundan Mərkəzi Banka ayrılan 7,5 milyard manat məbləğindəki "makroiqtisadi sabitlik" pulu valyuta bazarında ötən il müşahidə edilən gərginliyi azaltmağa imkan verəcək. Həmin vəsaitlər bazarda gərginlik yaradan xarici borc problemini həll edəcək. Manatın sabitliyi hazırda neftin qiymətindən birbaşa asılıdır. Hökumət neftin ucuzlaşmasını ya Neft Fondunun aktivləri hesabına həll etməlidir, ya da manatı ucuzlaşdırmalıdır: "Bir şey aydındır ki, hökumət bu il kəskin devalvasiyaya getmək niyyətində deyil. Gözlənilməz proseslər baş verməsə hökumət 2017-ci ildə manatın məzənnəsi rahatca idarə edə biləcək. Bu manatın möhkəmlənməsi anlamına və ya manatın məzənnəsinin bir nöqtədə dayanması anlamına gəlməməlidir. Hökumət Neft Fondunun aktivləri hesabına tədiyyə balansındakı kəsiri örtə biləcək. Ancaq bir sıra amillər var ki, onların nəzərə alınması vacibdir. Kapital axının səviyyəsi, idxalın səviyyəsi, xarici ticarət tərəfdaşlarının milli valyutasının məzənnəsi və neftin qiyməti. Üzən məzənnəyə keçiddə daim vurğuladığımız məqamlardan biri özünü artıq göstərir. Manatın məzənnəsi qeyri-sabitliyi müşahidə edilir. Mərkəzi Bank spekulyasiyanın qarşısını almalıdır və manatın əsas olmadan bahalaşmasına imkan verməməlidir. İndiki zamanda vacib olanı manatın sabitliyidir. Çünki bütün qiymətlər 1.90 həddinə uyğunlaşıb. Manatın 1,80 və ya 1.70-ə yüksəlməsi qiymətləri ucuzlaşdırmayacaq. Əksinə sahibkarlıq üçün problemlər yaradacaq. Ona görə də Mərkəzi Bank məzənnəni real bazar dəyərini alana qədər tədricən ucuzlaşdırmalıdır.
Manatın indiki möhkəmlənməsi müvəqqətidir. Bir müddətdən sonra yenidən ucuzlaşma müşajidə ediləcək".Onu da qeyd edək ki, iqtisadçi ekspertlər manatın möhkəmlənməsinə təsir edən amillərdən birinin də iqtisadi şəffaflığın baş verməsi qənaətindədirlər. Yəni, nəgd əməliyyatlara qoyulan məhdudiyyətlər prosesə müsbət təsir edib. Belə nəğdsiz əməliyyatlar qanunsuz pul əməliyyatlarının aparılması yollarını çətinləşdirib. Beləliklə nəğdsız dövriyyənin şəffaflaşması ilə manatın kütləsini artırmaq mümkün olacaq. Şəffaflıq təmin olunduqdan sonra maliyyə sabitliyini bərpa etmək elə də problemli məsələ hesab olunmur. Ümumilikdə isə sabitləşmə mərhələsindən sonra hökumət ciddi islahatları davam etdirsə, böhranı geridə qoymaq mümkün olacaq.
Alim