İqtisadiyyat

Azərbaycanda 15 mindən çox qida və qeyri-ərzaq məhsulu dövlət qeydiyyatına alınıb

15 Fevral 2017 12:36

2016-cı il ərzində Nazirlər Kabinetinin tərəfindən təsdiq edilmiş “Sanitariya nəzarətində olan məhsulların siyahısı”na uyğun olaraq hüquqi və fiziki şəxslərin müraciətləri əsasında ərzaq və qeyri-ərzaq məhsullarından götürülmüş nümunələr laborator müayinələrə cəlb edildikdən sonra dövlət gigiyena qeydiyyatına alınıb.

Sabah bu rayonlarda qaz olmayacaq

14 Fevral 2017 20:46

İqtisadiyyat Nazirliyi təsərrüfat subyektlərinə xəbərdarlıq edib

14 Fevral 2017 17:05

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirlərini davam etdirir, daha çox tələb olunan istehlak malları üzrə təhlillər aparılır.

Vergilər Nazirliyi haqqında Əsasnaməyə dəyişiklik edildi

13 Fevral 2017 18:29

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikası prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb. 

Deputat: “İslahatlar davamlı olacaq”

13 Fevral 2017 18:18

Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən 2 nazirliyin bazası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılacaq. Ekspertlər dövlət başçısının bu addımını ölkədə başlanan struktur islahatlarının növbəti dalğası kimi dəyərləndirirlər.

Şahin Mustafayev Qırğızıstan səfiri ilə görüşüb

13 Fevral 2017 16:44

İqtisadiyyat naziri Şahin Mustafayev Qırğızıstanın Azərbaycan Respublikasındakı səfiri Aycigit Buranovu qəbul edib. Bu barəd nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycan və Qırğızıstan arasındakı iqtisadi əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. Görüşdə həmçinin, keçirilməsi nəzərdə tutulan Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına və Azərbaycan-Qırğızıstan biznes-forumuna dair fikir mübadiləsi aparılıb.

Nəqliyyat Nazirliyinin ləğvi struktur islahatlarının tərkib hissəsidir

13 Fevral 2017 16:41

“Nəqliyyat Nazirliyinin ləğvi gözlənilən idi. Son illər sözügedən ləğv edilmiş nazirliyin səlahiyyətləri mərhələli şəkildə müxtəlif dövlət qurumları arasında paylaşdırılmışdı. Nəqliyyat Nazirliyinin ləğv edilərək məhz Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi beynəlxalq praktikaya uyğun atılan addımdır”. Bunu deyən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə,  Finlandiya, Avstriya, Norveç, Almaniya (Nəqliyyat və Digital İnfrastruktur formasında), Bolqarıstan, Masidoniya, Kipr, Türkiyə, Andorra, Çili, Peru, İsveçrə (federal department formasında), Latviya, Bosniya və Herseqovina, Qətər, Oman, Myanmar və bir sıra ölkələrdə nazirliklər bu və ya oxşar adlar ilə fəaliyyət göstərirlər.

Kənd təsərrüfatı məhsulları bahalaşıb

13 Fevral 2017 16:01

2016-cı ildə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2015-ci ilə nisbətən 2,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,9 faiz ucuzlamış, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 3,4 faiz bahalaşıb.

24 000 ədəd siqaret aşkar olunub

13 Fevral 2017 15:42

Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Rusiya Federasiyası istiqamətindən "Xanoba" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Ərzaq məhsullarının qiymətləri 14,7 faiz bahalaşıb

13 Fevral 2017 15:41

2016-cı ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilə nisbətən 12,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,8 faiz bahalaşıb.

Dolların ucuzlaşması kimlərə sərfəlidir?

13 Fevral 2017 15:31

Son vaxtlar dolların manata nisbətdə ucuzlaşması prosesi müşahidə olunur. Bunun banklar, müştərilər və sahibkarlara təsiri nədən ibarət ola bilər? İqtisadçı ekspert  Vüqar Bayramov deyib ki, dolların manata nisbətdə ucuzlaşmasından bəzi kommersiya bankları faydalanıb, daha çox gəlir əldə etmək istəyirlər. Onun sözlərinə görə, ölkədə biznesin inkişaf etdirilməsi üçün milli valyutanın sabitliyi önəmlidir: “Əslində dolların milli valyutaya nisbətdə ucuzlaşması iş adamalarının xeyrinə olduğu kimi, həm də maraqlarındadır. Yəni, sabit  milli valyuta  iş adamanının daha rahat layihələrini həyata keçriməyə imkan verir. Bu baxımdan, milli valyutanın sabitliyi önəm daşıyır. Ona görə də  manatın maliyyə bazarında real dəyərinin alaraq sabitləşməsinə ciddi ehtiyac var.  Əgər biz Rusiya praktikasına  istinad etsək görərik ki, rus rublu son bir ildə bazarda  sabitlyini qoruyub saxlaya bilib.

Vergi ödəyiciləri hansı qaydada qeydiyyata alınacaqlar ?

13 Fevral 2017 15:26

Vergi sistemində baş verən dəyişikliklə əlaqədar vergi ödəyicilərinin yenidən qeydiyyatının aparılması zərurəti yaranıb.

Müstəqil qərar qəbul edə bilməyən FES, ABŞ-ı tərk etməyə hazırlaşan kapital - TƏHLİL

13 Fevral 2017 12:48

Ötən ildə avrozonaya daxil olan 19 ölkənin məcmu ümumi daxili məhsulunun artım tempi 1,7% təşkil edib ki, bu da ABŞ-ın iqtisadi artımından 0,1 faiz bəndi çoxdur. Bununla da 2008-ci ildə ilk dəfə olaraq Avrozonanın iqtisadi artımı ABŞ-ın iqtisadi artımını üstələyib. Eyni zamanda Avropa İttifaqının iqtisadi artımı ötən il 1,9% təşkil edib və bununla da 2011-ci ildən ilk dəfə olaraq ABŞ-ın ÜDM-nin artımını üstələyib. Sadə dildə desək, Avropada iqtisadi artım ABŞ-ın analoji  göstəricisindən daha yüksək olub.