Sabah bu rayonlarda qaz olmayacaq
14 Fevral 2017 20:46 Neft qazSabah İmişli, Saatlı və Sabirabad rayonun qaz təchizatında məhdudiyyət olacaq.
"Azəriqaz" İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sabah saat 09:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin balansında olan "Otuzikilər", "Qaracalar", "Saatlı", "Axundov", "İmişli" və "Əlillər" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
Təmir müddətində İmişli və Saatlı rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Sabirabad rayonun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31