Gürcüstan müxalifəti “Rustavi-2” telekanalının müdafiəsi üçün aksiya keçirib
13 Fevral 2017 18:13 İqtisadiyyatTbilisi şəhər meriyası qarşısında etiraz aksiyası keçirilib. Müxalifyönümlü "Rustavi-2" kanalına təzyiqlərə etiraz edən 13 fəal saxlanılıb. Səhər saatlarında başlayan etiraz aksiyasının iştirakçıları Ali Məhkəmədən kanalın taleyi ilə bağlı ədalətli və adekvat qərar verilməsini tələb ediblər. Etiraz aksiyasında 8 müxalif partiyanın üzvləri iştirak edib. Onlar analoji aksiyaların paytaxtın polis idarələri qarşısında da keçiriləcəyini açıqlayıblar. Bu barədə APA.az "apsny.ge" saytına istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31