İqtisadiyyat
Terror qurbanlarının xatirəsinə həsr olunmuş barelyef
Azərbaycan və Danimarka arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya imzalanıb
Fevralın 17-də Vergilər Nazirliyində “Azərbaycan Respublikası Hökuməti və Danimarka Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”nın imzalanması mərasimi keçirilib.
Bakıda Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı Biznes Forumu keçiriləcək
2017-ci ilin 23 fevral tarixində Bakı şəhərində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Türkiyə Respublikası Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı Biznes Forumu keçiriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Forumda Türkiyə Respublikasının kənd təsərrüfatı sahəsi üzrə fəaliyyət göstərən 150-yə yaxın şirkətinin, eləcə də ölkəmizi aidiyyatı sahədə təmsil edən şirkətlərin nümayəndələri iştirak edəcəklər. Biznes Forum 23 fevral tarixində saat 09:15-da “Boulevard Otel”-in “Tağıyev” zalında keçiriləcək.
Siqaret qıtlığı yarana bilər
Tütün məhsullarının nağdsız satışı istehlak bazarında siqaret qıtlığı yaratmaqdadır. Belə ki, yeni qaydalara əsasən, tütün məhsullarının pərakəndə satışı istisna olmaqla, onların alqı-satqısı yalnız nağdsız şəkildə aparıla bilər. Təbii ki, aksiz markalı məhsulların, eləcə də tütün və siqaretin topdansatışın nağdsızlaşdırılması vacibdir. Bu dövriyyənin leqallaşdırılması baxımdan əhəmiyyətlidir. Çünki siqaret bazarında dövriyyə o qədər böyükdür ki, onu hesablamaq və dövlət vergisinə cəlb etmək çətin idi. Amma şirkətlərin və eləcə də mağazaların bu prosesə hazır olmaması nəticədə qaçaqmalçıllıq yolu ilə ölkəyə daxil olan məhsulların mağazalara axınını stimullaşdırıır. Bəs problemi necə həll etmək olar?
İqtisadçıdan proqnoz
Süleyman(“OLAYLAR”) “Amerika dünya bazarlarına satış üçün xam neft çıxarışı həcmini getdikcə artırır. Bir tərəfdən də OPEC və ona üzv olmayan ölkələr hasilatı məlum olduğu kimi azaldır. Məhz bunun müqabilində ABŞ-ın ixracı getdikcə bu cür artırması isə sözsüz ki, heç də təsadüfi xarakter daşımır”.
Neft hasil edən ölkələrin milli valyutalarını nə gözləyir?
"Hər bir ölkənin milli valyutasının durumu onun iqtisadiyyatının mövcud vəziyyətindən və ixrac imkanlarının səviyyəsindən bilavasitə asılıdır”. Belə bir açıqlama ilə çıxış edən iqtisadçı ekspert Fikrət Yusifov “OLAYLAR”-a bildirib ki, yola saldığımız 2016-cı ilin ikinci yarısından başlayaraq dünya bazarlarında neftin qiymətlərinin müəyyən bir həddə sabitləşməsi baş verdi və bir barell üçün 50 dollar ətrafında dəyişən bu qiymətlər, ötən ilin dekabr ayından bu günə qədər artaraq, bir barell üçün artıq 55 dollar ətrafında dəyişməyə başladı: “Bura OPEK-in net hasilatını azaltmaqla bağlı son qərarının da müəyən təsirini əlavə etmək olar.
Nazir: "Türkiyə, Gürcüstan və Azərbaycan iqtisadi inteqrasiya üçün potensialından istifadə etməlidir"
"Türkiyə, Gürcüstan və Azərbaycan iqtisadi inteqrasiyanın genişləndirilməsi üçün öz potensialından və imkanlarından istifadə etməlidir".
Bakının bəzi hissələrində qaz olmayacaq
Azərbaycanda planşet istehsal olunacaq istehsal olunacaq
Şah İsmayıl Xətainin xətt nümunələri aşkar edilib
Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Almaniyada yaşayan həmvətənimiz Məhəmmədəli Hüseyninin yardımı ilə Şah İsmayıl Xətainin xətt nümunələrinin rəngli surətlərini əldə edib. Burada Şah İsmayıl Həzrət Əlinin kəlamlarını gözəl xətlə qızılı və mavi mürəkkəblə köçürmüşdür.
Rusiyada real inflyasiya rəsmi statistik göstəricini 5 dəfə üstələyib
Bu ilin yanvar ayı ərzində Rusiyada real inflyasiya göstəricisi dekabr ayı ilə müqayisədə kəskin artım göstərib. Bu barədə "Romira" araşdırma holdinqinin hesabatında bildirilir.
SOCAR Strateji Əməkdaşlıq Memorandumu imzalayıb
Fevralın 15-də SOCAR-ın Baş ofisində ABŞ-ın IBM şirkəti ilə Strateji Əməkdaşlıq Memorandumunun imzalanma mərasimi keçirilib. “OLAYLAR”-ın şirkətə istinadən verdiyi xəbərə görə, memorandumu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və IBM şirkətinin baş vitse-prezidenti və “IBM-Avropa”nın sədri Erik Klementi imzalayıblar.
Hökumət mart ayında Milli Məclisə hesabat verəcək
Hökumət mart ayında Milli Məclisə hesabat verəcək. Baş nazir Artur Rəsizadə deputatlar qarşısında çıxış edərək, Nazirlər Kabinetinin ötənliki fəaliyyətini müzakirəyə çıxaracaq. Bu haqda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.
Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində 300 mindən artıq iş yeri yaradılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün “Özəlləşdirmə sahəsinə investisiyalar: yeni imkanlar və çağırışlar” mövzusunda İşgüzar Forum keçirilib. Komitədən verilən məlumata görə, Forumun əsas məqsədi ölkədə fəaliyyət göstərən sahibkarıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, bu sahədəki yeni yanaşmalar, innovasiyalann tətbiqi, özəlləşdirməyə yeni açılmış müəssisə və sahələr, şəffaflığın artırılması ilə bağlı görülən təbliğat və maarifləndirmə tədbirləri barədə məlumatlandırmaq olub.
Azərbaycana gətirilən "ikinci əl" paltarlara nəzarət edilirmi?
"Avropadan Azərbaycana "ikinci əl" paltarlar əsasən Niderlanddan gətirilir". Bunu bu gün keçirdikləri mətbuat konfransında Respublika Sanitariya-Karantin Müfəttişliyinin (RSKM) Sanitariya-gigiyena şöbəsinin müdiri Novruzi Saleh bildirib.
_(1).jpg)













