Rusiyada real inflyasiya rəsmi statistik göstəricini 5 dəfə üstələyib
Bu ilin yanvar ayı ərzində Rusiyada real inflyasiya göstəricisi dekabr ayı ilə müqayisədə kəskin artım göstərib. Bu barədə "Romira" araşdırma holdinqinin hesabatında bildirilir.
16 Fevral 2017 14:52 İqtisadiyyatBu ilin yanvar ayı ərzində Rusiyada real inflyasiya göstəricisi dekabr ayı ilə müqayisədə kəskin artım göstərib. Bu barədə "Romira" araşdırma holdinqinin hesabatında bildirilir.
Hesabatda qeyd olunur ki, rəsmi statistik göstəricilərə əsasən, yanvarda inflyasiya 0,6% olduğu halda, "Romira"nın deflyator düsturu vasitəsilə hesabladığı real inflyasiya göstəricisi 3,2% təşkil edib. Bu da rəsmi rəqəmlərdən 5 dəfə artıqdır. Hesabata görə, inflyasiyanın sürətlənməsində əsas rolu 7% bahalaşan ərzaq məhsulları və 12% bahalaşan spirtli içkilər oynayıb. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31