İqtisadiyyat
""Cənub Qaz Dəhlizi" hamı üçün faydalı olacaq"
"Cənub Qaz Dəhlizi"nin keçdiyi bütün ölkələr bu layihədən yalnız fayda görəcək. Bu sözləri Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç Bakıda mətbuat konfransında deyib.
SOCAR Amerika Mühəndislik Şirkətləri Şurasının “Milli Xüsusi Mükafat”ına layiq görülüb
SOCAR-ın yeni inzibati binası - SOCAR Tower layihəsi bu il 50-ci ildönümünü qeyd edən Amerika Mühəndislik Şirkətləri Şurası tərəfindən Yüksək Mühəndislik Mükafatlandırması müsabiqəsində “Milli Xüsusi Mükafat”a (National Recognition Award) layiq görülüb. “OLAYLAR”-ın şirkətə istinadən verdiyi xəbərə görə, mükafatın rəsmi təqdimetmə mərasimi aprelin 25-də Vaşinqtonda Washington Marriott Wardman Park otelində keçiriləcək. SOCAR Tower layihəsi üzrə məsul şəxslər və layihənin mühəndislik işlərini həyata keçirən şirkət Amerika Mühəndislik Şirkətləri Şurası tərəfindən həmin mərasimə dəvət olublar. Yüksək Mühəndislik Mükafatlandırması müsabiqəsinin 50-ci yubiley tədbirində SOCAR Tower layihəsi digər bütün qaliblərlə birlikdə təltif ediləcək.
Ekspert: “Mart ayında dollara tələbin yenidən artacağı gözlənilir”
Banklarda yenidən dollara tələbin azalması müşahidə edilir. Bu isə özünü valyuta məzənnəsində göstərməkdədir. 2 gün öncə 1 dolları 1.80 manata alan banklar bu gündən həmin məzənnəyə satış edirlər. Yəni, dolların satış kursu 1.80 manat müəyyənləşdirilib.
Türkiyədən 200 iş adamı Azərbaycana gələcək
Bakıda Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 8-ci iclası keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən “Olaylar”a verilən məlumata görə, naziri müavini İlham Quliyev bildirib ki, Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsi 1994-cü ildə yaranıb. Həmin ildən etibarən komitə mütəmadi iclaslar keçirir.
Azərbaycan - İtaliya biznes forumu keçirilib
Fevralın 23-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İtaliya biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, enerji, sənaye, İKT, maliyyə, səhiyyə, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən 140-a yaxın iş adamı iştirak edib. “Olaylar” xəbər verir ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov iqtisadiyyatın diversifikasiyasının və qeyri-neft sektorunun inkişafının prioritet istiqamətlərdən olduğunu qeyd edib, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, ölkəmizin ixrac imkanlarının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.Azərbaycan-İtaliya iqtisadi əlaqələrinə gəlincə, nazir müavini bildirib ki, qarşılıqlı səfərlər və keçirilən görüşlər, iş adamlarının iştirakı ilə təşkil olunan işgüzar tədbirlər ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verir.
“Cənub Qaz Dəhlizi” layihəsi həm də enerji təhlükəsizliyi məsələsidir
Bakıda, Heydər Əliyev Mərkəzində “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı işə başlayıb. Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şevçoviç də iştirakçılar sıırasında olublar. Maraqlıdır, bəs “Cənub Qaz Dəhlizi” ilə bağlı toplantı Azərbaycana nə vəd edir?
Ərzaq təhlükəsizliyinə xüsusi diqqət ayrılmalıdır
Dünya ölkələrində baş verən iqtisadi tənəzzül ərzaq təhlükəsizliyi məsələsinu gündəmə gətirib. Artıq sirr deyil ki, bir sıra ölkələrin iqtisadiyyatı tamamilə dağıldığından ərzaq təhlükəsizliyi ilə üzləşmək zorunda qalıb. Hətta Avropa ölkələrinin bir çoxuna ayrılan külli miqdarda borclar belə iqtisadi tənəzzüldən qurtulmağa imkan vermir, əksizə, ölkələrin iqtisadi asılılığını artırır.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Energetika Nazirliyində olub
Energetika naziri Natiq Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının üçüncü iclasında ABŞ-ı təmsil edəcək nümayəndə ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqanı qəbul edib.
E-qaimə-fakturanın tətbiqi vergi daxilolmalarının artmasına da təsir göstərəcək
Olaylar.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Şamil Ərəbov deyib. Vergilər Nazirliyi tərəfindən yanvar ayı ərzində regionlarda keçirilən silsilə görüşlərdə geniş maarifləndirmə və təşviqat işləri aparılıb, qanunvericiliyə olunmuş dəyişikliklərin izahı ictimaiyyətə çatdırılıb. Azərbaycanın bütün regionlarını əhatə edən 3500-dən artıq sahibkarın qatıldığı bu tədbirlər yüksək fəallıq şəraitində keçib, vergi ödəyicilərinin qanunvericiliyin tətbiqinə dair çoxsaylı sualları cavablandırılıb.
Azərbaycan və Türkiyə üçüncü ölkələrin bazarına birgə çıxacaq
“Azərbaycan və Türkiyə üçüncü ölkələrin bazarına birgə çıxmaq niyyətindədir”. Bunu Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin bu gün Bakıda keçirilən VIII iclasında bildirib.
Belarusda "Azərbaycan Ticarət Evi" qeydiyyata alındı
Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, xarici bazarların araşdırılması, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi sahəsində həyata keçirilən kompleks dövlət dəstəyi tədbirlərinin davamı olaraq, Belarus Respublikasının paytaxtı Minsk şəhərində ilk "Azərbaycan Ticarət Evi"nin təşkili işləri davam etdirilir. Ticarət Evinin idarəolunması məqsədi ilə artıq Belarusda "Azərbaycan Ticarət Evi" MMC yaradılıb və 20 fevral 2017-ci il tarixində Minsk Şəhər İcraiyyə Komitəsi tərəfindən qeydiyyata alınıb.
Ekspert: “Valyuta bazarının araşdırılnasına ehtiyac var”
“Maliyyə Bazarlarına Nəzarət Palatasının bu ayın əvvəllərində manatın məzənnəsinin qısa müddətdə kəskin möhkəmlənməsi və yenidən gözlənildiyi kimi dolların bahalaşması ilə müşahidə edilən əks-prosesin başlaması səbəblərini araşdırmasına ehtiyac var”.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu artır
Bu günlərdə Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı Azərbaycanın üçün də bir sıra müsbət məqamları ilə yadda qaldı. Bu məqamlar həm siyasi, həm iqtisadi, həm də enerji resurlarına olan beynəlxalq maraq baxımından özünü büruzə verdi. Konfrans çərçivəsində keçirilən ayrı-ayrı görüşlərdə, dəyirmi masalarda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev hər bir görüşdə əsas fikri Dağlıq Qarabağ problemi və Ermənistanın işğalçılıq siyasətinə yönəldərək ölkəmizin rəsmi mövqeyini, ərazi bütövlüyümüzün pozulması faktı ilə heç vaxt barışmayacağımızı bir daha dünyanın diqqətinə çatdırdı.
BP ötən il Azərbaycanda gündəlik hasilatı 4 min barel artırıb, məsrəflərini 707 mln. dollar azaldıb
2016-cı il ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.
Prezident ölkədə turizmin inkişafı ūçūn yeni imkanlar aça biləcək qərarlar verib
“Gözlənildiyi kimi, Azərbaycanda ciddi islahatlar istiqamətində radikal addımların atılması davam edir. Bu dəfə prezident ölkədə turizmin inkişafı ūçūn yeni imkanlar aça biləcək qərarlar verib”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altay bildirib ki, bu ilk növbədə ölkəyə giriş sərhəd-keçid məntəqələrində əcnəbilər ūçūn xūsusi sūrətli keçid şəraitinin yaradılmasıdır: “İkinci isə, keçid məntəqərində xūsusi elektron viza tətbiqi ilə əcnəbilərin ölkəyə giriş prosedurunu maksimum sadələşdirməkdir.














