Ərzaq təhlükəsizliyinə xüsusi diqqət ayrılmalıdır

Dünya ölkələrində baş verən iqtisadi tənəzzül ərzaq təhlükəsizliyi məsələsinu gündəmə gətirib. Artıq sirr deyil ki, bir sıra ölkələrin iqtisadiyyatı tamamilə dağıldığından ərzaq təhlükəsizliyi ilə üzləşmək zorunda qalıb. Hətta Avropa ölkələrinin bir çoxuna ayrılan külli miqdarda borclar belə  iqtisadi tənəzzüldən qurtulmağa imkan vermir, əksizə, ölkələrin iqtisadi asılılığını artırır.

Deputat: "Dünyada ən böyük böhran ərzağın çatışmazlığından yarana bilər"

Dünya ölkələrində baş verən iqtisadi tənəzzül ərzaq təhlükəsizliyi məsələsinu gündəmə gətirib. Artıq sirr deyil ki, bir sıra ölkələrin iqtisadiyyatı tamamilə dağıldığından ərzaq təhlükəsizliyi ilə üzləşmək zorunda qalıb. Hətta Avropa ölkələrinin bir çoxuna ayrılan külli miqdarda borclar belə  iqtisadi tənəzzüldən qurtulmağa imkan vermir, əksizə, ölkələrin iqtisadi asılılığını artırır. Məlum olduğu kimi  etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan Azərbaycan dövləti əhalisinin ərzaqla etibarlı təminatına dair çoxyönlü tədbirlər həyata keçirir və ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramlarını reallaşdırır. Hazırda ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Azərbaycanda əhalinin əsas  ərzaq məhsulları ilə etibarlı təmin olunması və ölkənin məşğul əhalisinin böyük hissəsinin çalışdığı aqrar sektorun inkişafı siyasətinin əsası hələ ötən əsrin 90-cı illərin ortalarında qoyulub. Azərbaycanda MDB ölkələri arasında ən sürətli torpaq islahatları həyata keçirilib, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmləri formalaşdırılıb, beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı və BMT-nin Ərzaq Təşkilatı (FAO) ilə birlikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanıb. 2001-ci ildə ölkə rəhbərinin Sərəncamı ilə "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı" təsdiq edilib. Bu  proqram çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artıb. Sonradan Azərbaycanda sürətli iqtisadi inkişafın başlaması nəticəsində aqrar sahənin daha da inkişaf etdirilməsi üçün görülən tədbirlər də genişlənib. Aqrar sahənin inkişafı Azərbaycan prezidentinin iqtisadiyyatın şaxələndirilməsi strategiyasının başlıca istiqamətlərindən birini təşkil edib. Belə ki, ölkə əhalisinin təxminən 1,5 milyon nəfərinin aqrar sektorda çalışması baxımından bu sahənin inkişaf etdirilməsi həm də qeyri-neft sektorunun inkişafı, işsizliyin və yoxsulluğun azaldılması baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir. Hazırda dünya bazarında neftin qiymətinin ucuzlaşması aqrar sahəyə diqqəti daha da artırıb. Milli Məclisin Aqrar siyasət komitəsinin müavini Eldar Quliyev  bildirib ki, aqrar sahənin inkişafı çox vacibdir. Onun sözlərinə görə,  Prezident aqrar sahənin inkişafı üçün fərmanlar, sərəncamlar imzalayıb. Burada əsas məqsəd neftdən asılılığı azaltmaq, daxili tələbatı təmin etmək və məhsullarımızı xarici bazarlara çıxararaq ölkəyə valyuta gəlməsini təmin etməkdir: "Aqrar sahənin inkişafı üçün bölgələrdə bir çox görüşlər keçiririk. Bu görüşlərin məqsədi aqrar sahədəki çatışmazlıqları öyrənmək və onların həlli üçün hansısa addım atmaqdır. Cənab prezidentin aqrar sahə ilə  bağlı bir neçə fərmanı var. Cənab prezident bildirdi ki, artıq bizdə neft bumu qurtardı və digər sahələri inkişaf etdirmək lazımdır. İnkişaf deyəndə iqtisadiyyatın şaxələnməsindən söhbət gedir. Ən aparıcı sahələrdən biri də aqrar sahədir. Keçənilki nəticələrə baxsaq görərik ki, bir çox sahələrdə geriləmə baş verdi, amma aqrar sahədə 26 faiz artım olub. Xüsusən də pambıqçılıq, baramaçılıq, taxılçılıq və kənd təsərrüfatının digər sahələrində artım var. Əgər biz 2016-cı ilin hava şəraitini nəzərə alsaq görərik ki, yağıntılar səbəbilə pambıqda xeyli itkilərimiz oldu. Keçən il biz 70 ton pambıq yığdıq, amma bizim məqsədimiz 100 tondan artıq məhsul yığmaq idi. Düşünürük ki, iqlim şəraitləri imkan versə bu il 100 tondan artıq pambıq yığacağıq və baramaçılığı inkişaf etdirəcəyik. Aqrar sahənin özü də çoxşaxəli olduğu üçün bütün sahələrin inkişafına diqqətlə yanaşmaq lazımdır. Bunların içində də bizim ənənəvi məhsulumuz olan zəfəran ən faydalı məhsullardandır". Onun sözlərinə görə, Azərbaycan zeytun istehsalına görə də tanınmış ölkələrdən olub: "SSRİ dövründə biz öz məhsulumuzu Ukraynaya, Rusiyaya və başqa ölkələrə ixrac edirdik. Bu gün Azərbaycan aqrar sahəni inkişaf etdirməklə müəyyən balans yarada bilər, neftdən itkilərimizi bununla əvəzləyə bilərik.  Kənd təsərrüfatı sahəsi ilə nəinki respublikanı təmin etmək, digər ölkələrə də  bu məhsulları ixrac edə bilərik. Bununla da respublikanın iqtisadi potensialını qaldıra bilərik". Deputatın sözlərinə görə, dünyanın hazırki iqtisadi geriləmə dönəmində  ərzaq təhlükəsizliyinə xüsusi diqqət ayrılmalıdır: "2001-ci ildə Ümummilli lider Heydər Əliyev ərzaq təhlükəsizliyi ilə bağlı fərman imzalamışdı. Bununla bağlı ölkə prezidenti İlham Əliyevin də sərəncamları var, sonuncu sərəncamı isə bir neçə gün öncə imzaladı. Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyində ölkənin ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı yeni bir qurum yaradıldı. Ərzaq təhlükəsizliyinin təminatı dünyada bir nömrəli məsələdir. Dünyada ən böyük böhran ərzağın çatışmazlığından yarana bilər.  Hər bir dövlət, o cümlədən də Azərbaycan çalışmalıdır ki, özü-özünü ərzaq məhsulları ilə təmin eləsin, həmdə xaricə ixrac edərək valyuta əldə etsin. Bunun üçün də müəyyən addımlar atılır. Sözsüz ki, bununla bağlı Azərbaycanın daxili imkanları ilə bərabər xaricdən gələn müəyyən investisiyaları da  gözləyirik. Mən deyərdim ki, Azərbaycanda bəzi məhsuldarlıq dünya standartlarına çatmır. Məsələn, biz hər hektardan 50-55 sentner taxıl alırıq, Avropada bu 80-85 sentner, Amerikada isə bu 100 sentnerdir. Əlbəttə, bu bizim məqsədimizdir ki, gələcəkdə biz də bu səviyyəyə çataq. Taxılın 35-40 faizini biz kənardan alırıq. Məhsuldarlığı artırmaq üçün əmək resurslarında düzgün istifadə etmək lazımdır, çalışmalıyıq ki, daha qənaətcil işləyək. Çünki biz məhsulun yığımında, emalında, daşınmasında xeyli itkiyə yol veririk. Biz bunları nəzərə almalıyıq ki, gələcəkdə qarşını alaq.  Mənim fikrimcə kənd təsərrüfatı məhsullarının itkisi olmamalıdır. Hər bir kənd təsərrüfatı məhsulunun töküntüsü də istifadə edilir. Məsələn, pambığın çiyidindən istifadə edərək  yağ alırıq, onun çiyidini mal-qaraya verəndə də süd yağlı olur. Bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Bu gün Azərbaycanda prioritet sahələrin başında aqrar sahə gəlir. Aqrar sahənin inkişafı üçün hər bir şərait var, bunu gələcəkdə daha da inkişaf etdirmək üçün müəyyən addımlar atmalıyıq".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31