Türkiyədən 200 iş adamı Azərbaycana gələcək
Bakıda Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 8-ci iclası keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən “Olaylar”a verilən məlumata görə, naziri müavini İlham Quliyev bildirib ki, Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsi 1994-cü ildə yaranıb. Həmin ildən etibarən komitə mütəmadi iclaslar keçirir.
23 Fevral 2017 14:12 İqtisadiyyatBakıda Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 8-ci iclası keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a verilən məlumata görə, naziri müavini İlham Quliyev bildirib ki, Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsi 1994-cü ildə yaranıb. Həmin ildən etibarən komitə mütəmadi iclaslar keçirir. Qurumun 7-ci iclası 2014-cü ilin iyun ayında Ankarada baş tutub. İlham Quliyevin sözlərinə görə, məşğul əhalinin 40 faizə qədəri məhz kənd təsərrüfatı sahəsində çalışırlar. Son 3 il ərzində Azərbaycanda bu sahədə ciddi dönüş yaranıb. Bu irəliləyişlər həm infrastruktur, həm fermerlərə göstərilən dəstəklə, elektron kənd təsərrüfatının yaradılması və digər məsələlərlə bağlıdır. Nazirlik bu sahələrdə qabaqcıl ölkələrin, xüsusilə də, Türkiyənin təcrübəsini öyrənməkdə maraqlıdır. Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin məsul işçisi Əli Rəcəb Nazlı bildirib ki, Türkiyənin işgüzar dairələrini təmsil edən 200 nəfərədək iş adamı yaxın zamanda əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Azərbaycana gələcək. Sonra plenar iclaslarda kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı aktual məsələlər müzakirə edilib.