Prezident ölkədə turizmin inkişafı ūçūn yeni imkanlar aça biləcək qərarlar verib
“Gözlənildiyi kimi, Azərbaycanda ciddi islahatlar istiqamətində radikal addımların atılması davam edir. Bu dəfə prezident ölkədə turizmin inkişafı ūçūn yeni imkanlar aça biləcək qərarlar verib”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altay bildirib ki, bu ilk növbədə ölkəyə giriş sərhəd-keçid məntəqələrində əcnəbilər ūçūn xūsusi sūrətli keçid şəraitinin yaradılmasıdır: “İkinci isə, keçid məntəqərində xūsusi elektron viza tətbiqi ilə əcnəbilərin ölkəyə giriş prosedurunu maksimum sadələşdirməkdir.
21 Fevral 2017 13:54 İqtisadiyyat"Gözlənildiyi kimi, Azərbaycanda ciddi islahatlar istiqamətində radikal addımların atılması davam edir. Bu dəfə prezident ölkədə turizmin inkişafı ūçūn yeni imkanlar aça biləcək qərarlar verib". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altay bildirib ki, bu ilk növbədə ölkəyə giriş sərhəd-keçid məntəqələrində əcnəbilər ūçūn xūsusi sūrətli keçid şəraitinin yaradılmasıdır: "İkinci isə, keçid məntəqərində xūsusi elektron viza tətbiqi ilə əcnəbilərin ölkəyə giriş prosedurunu maksimum sadələşdirməkdir. Qərarların hər ikisi təbii ki, ölkənin dūnyaya açıq və qonaqpərvər olması və turizm iqtisadiyyatının yūksəlməsinə təkan baxımından mūsbət və vacibdir. Amma, zənnimcə burada birinci qərar ūzrə bir məsələ var. Dövlət sərhəd buraxılış məntəqələrində əcnəbilər ūçūn xūsusi sūrətli keçid xətti yaranışı ölkəyə gələn öz vətəndaşlarımızı mūəyyən mənada ikinci sort vəziyyətinə sala bər. Həm, sərhəd buraxılış məntəqəsinin əsas diqqət və qūvvəsinin əcnəbi keçidinə yönəlməsi halında öz vətəndaşlarımıza xidmətin zəfləməsi, həm də bu iki növ keçidin səviyyə, şərait və sūrəti arasındakı nəzərəçarpacaq fərq ola bilməsi baxımından. Bu halda vətəndaşımız həm zaman və şərait, həm də mənəvi baxımdan itki ilə ūzləşə bilərlər. Və bu da, dūşūnūrəm ki, gedişatda milli-qūrur və milli-dövlətçiliyimiz baxımından ugurlu olmaya da bilər" İlqar Altay hesab edir ki, dövlət sərhəd xidməti və gömrūk orqanları bu vacib məqamı nəzərə alıb yerlərdə bu tarazlıgı qorumaq ūçūn öz xūsusi və əlavə tənzimləyici tədbirlərini görməlidirlər: "Dūşūnməməlidirlər ki, belə bir, adi məntiqdən dogan təbii addim-tədbir ūçūn də prezidentin ayrıca qərarı-sərəncamı olmalı imiş".