Dollara tələbat hansı səbəbdən azalıb?

Son günlər manatın dollara nisbətən möhkəmlənməsi ən çox müzakirə edilən məsələdir. Apardığımız monitorinqlər də göstərir ki, yanvarın ayının sonundan başlayaraq dollara tələb azalıb. Hətta dollara təklifində də artımlar var. Əslində, yanvar və fevral aylarında dollara tələbin azalması gözlənilən idi. Dekabr ayında idxal, borc öhdəliklərin ödənilməsi və eləcə də səfərlərin sayında artımlar baş verir və nəticədə ilin son ayında dollara olan artım növbəti ilin ilk ayında azalma ilə müşahidə edilir. Dövlət Neft Fondunun yanvar ayında cəmi 285 milyon dollar satması da həmçinin tələbin azalması ilə bağlı idi.

Mərkəzi Bank manatın məzənnəsinə təsir imkanlarını qoruyub saxlamaqdadır 
 

Son günlər manatın dollara nisbətən möhkəmlənməsi ən çox müzakirə edilən məsələdir. Apardığımız monitorinqlər də göstərir ki, yanvarın ayının sonundan başlayaraq dollara tələb azalıb. Hətta dollara təklifində də artımlar var. Əslində, yanvar və fevral aylarında dollara tələbin azalması gözlənilən idi. Dekabr ayında idxal, borc öhdəliklərin ödənilməsi və eləcə də səfərlərin sayında artımlar baş verir və nəticədə ilin son ayında dollara olan artım növbəti ilin ilk ayında azalma ilə müşahidə edilir. Dövlət Neft Fondunun yanvar ayında cəmi 285 milyon dollar satması da həmçinin tələbin azalması ilə bağlı idi. İqtisadçı ekspert Vüqar Bayramlı bildirib ki, dollara tələbi artıq əsasən 3 faktor yaradır: idxalın həcmi, xarici borc öhdəlikləri və ölkədən xaricə pul transferi: "Dollarlaşma səviyyəsi yüksək olduğu üçün artıq əhalinin yığımlarının strukturu manatın məzənnəsinə əvvəllər ciddi təsir etsə də indi təsir xeyili dərəcədə azalıb. Çünki 2014-cü ildən sonrakı müddətdə nəinki əhali, hətta biznesin böyük əksəriyyəti yığımlarını xarici valyutaya çevirdilər. Bununla yanaşı, cari xərclər üçün yenə də manata ehtiyac var. Əslində, əks-dollarlaşma prosesinə başlaya birlərsə Mərkəzi Bank həmin dollarlarının bir hissəsinin manata çevirilib sərmayəyə yönəlməsinə nail ola bilər". Maraqlıdır, bu halda dollara tələb necə dəyişəcək? İqtisadçı hesab edir ki, əvvəlki illərin təcrübəsinə və eləcə də idxalın dövrü struktruna nəzər alsaq fevral ayının birinci yarısında dollara tələbin aşağı olması ənənəvi xarakter daşıyır. Mərkəzi Bank üçün ən çətin aylar mart, avqust və dekabr ayları hesab edilir. Çünki bu aylar idxalın atması, bir sıra inkişaf etmiş ölkələrində maliyyə ili martın 31-də başa çatdığı üçün xarici borc öhdəlikləri və xarici səfərlərin çoxluğu baxımdan dollara tələb yenidən yüksəlir. Gözlənilir ki, məhz bu səbəblərdən dollara tələb mart ayında yenidən yüksələcək: "Əgər Mərkəzi Bank Neft Fondunun bu ilki 7.5 milyard manatlıq transferinin bir hissəsini mart ayında hərraclara yönəldərsə o zaman gələn ay tələbi optimallaşdıra bilər. O baxımdan, mart ayında Mərkəzi Bankın mövqeyi çox önəmli olacaq. Və əslində 2017-ci ildə Neft Fondunun 14.5 milyard manatlıq büdcəsi fonunda Mərkəzi Bank bazarda aparıcı mövqeyini qoruyub saxlaya bilər. Neftin dünya bazar qiymətinin stabilləşməsi və Trampın dolları dünya bazarında zəiflətmək istəyi də valyuta bazarına psixoloji təzyiqi müəyyən qədər azaldır. Bu isə o deməkdir ki, hərraclara xarici valyutanın çıxarılmasını təmin edən Mərkəzi Bank manatın məzənnəsinə təsir imkanlarını qoruyub saxlamaqdadır". Millət vəkili Əli Məsimli qeyd edib ki, hazırda Azərbaycan iqtisadiyyatında özünü göstərən neqativ halların çoxu neft hasil edən ölkələrin xeyli hissəsinin timsalında da özünü göstərir. Belə hallar obyektiv amillərdən- dünya iqtisadiyyatında gedən proseslər, neftin qiymətinin kəskin surətdə aşağı düşməsi kimi amillərdən qaynaqlanır. Bununla belə, iqtisadiyyatımızın son illər qarşılaşdığı resessiyanın ağırlaşmış forma alması neftin qiymətinin aşağı düşməsi ilə yanaşı, bir sıra cəhətlərinə görə həm də iqtisadi sahədəki çatışmazlıqlar, qüsur və qeyri-neft sektorunun hərtərəfli və rəqabətədavamlı şəkildə inkişafına münasibətdə gecikmələrlə bağlıdır: "Neft bumu dövründə Azərbaycanda neft hasilatının yüksələn xəttlə artması, ölkənin sosial-iqtisadi problemlərinin həllini xeyli sürətləndirib. Son 15 ildə Azərbaycanda ümumi daxili məhsul 4,5 dəfə, MDB ölkələrində orta hesabla 1,8 dəfə, o cümlədən onun əsas enerjidaşıyıcı ölkələri olan Rusiyada 1,7 dədə, Qazaxıstanda isə 2,8 dəfə artıb. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər bütövlükdə ölkə miqyasında, eləcə də regionların qarşıdakı illərdə də inkişafı üçün məqbul hesab oluna biləcək dərəcədə zəmin yaradıb. Amma neft amilinin üstün inkişafına əsaslanan model ikili nəticə verib. Neft gəlirləri hesabına çoxsaylı infrastruktur layihələri yerinə yetirilsə də, neft bumu dövründə qeyri-adi dərəcədə sürətli inkişaf qeyri-neft sektorunun müasir dövrün tələblərinə cavab verən səviyyədə rəqabətədavamlı və səmərəli fəaliyyətini ikinci planda saxlayıb. Son illər neftin qiymətinin kəskin surətdə aşağı düşməsi və gəlirlərimizin azalması iqtisadiyyatımızın çatışmazlıqlarını önə çıxarıb. Bu özünü 2010-cu illə müqayisədə 2016-cı ildə neft hasilatının 50,8 milyon tondan 41 milyon tona enməsi və ya 24 faizə yaxın azalmasının, neftin qiymətinin 109 dollardan 30 dollar ətrafına düşməsi, sonradan 50 dollar ətrafında qalxıb-enməsi, yəni əvvəlcə 4 dəfəyə yaxın, indiki şəraitdə isə 2 dəfədən çox enməsi, həm də belə aşağı qiymətin qalma müddətinin uzanması fonunda daha əyani göstərir". Onun sözlərinə görə, son vaxtlara qədər dövlət büdcəsinin 70 faizi və bəzən ondan da artığı neft amili ilə bağlı olurdu. 2016-cı ildə büdcədə neft amilinin payı 55 faizə endirilib, 2017-ci ilin büdcəsində isə 49 faiz olacağı gözlənilir. Göründüyü kimi, büdcənin doldurulmasında qeyri-neft sektorunun payında xeyli artım var. Amma bunların özü də hələ çoxdur və büdcədə qeyri-neft sektorunun payını sürətlə artırmaq lazımdır: "Əslində qeyri-neft sektorunda ixrac etmək üçün yetərincə rəqabətədavamlı mal istehsal olunsaydı, manatın devalvasiyası qeyri-neft sektorunun eksportunun artırılmasına şərait yaratdığı bir vaxtda, qeyri-neft sektoru hesabına milyardlarla dollar əlavə gəlir götürüb həmin itkilərin bir hissəsinin yerini doldurmaq olardı. Rəsmi hökumət proqnozlarına görə, qeyri-neft sektorunun eksportunun 2017-ci ildə 1379 milyon dollar olacağı, 2020-ci ildə isə 2347 milyon dollar çatacağı gözlənilir. Qeyri-neft sektorumuzun potensial imkanları fonunda bu rəqəmlərin kiçikliyi manatın dayanıqlığının təmin olunmasında qeyri-neft sektorunun rolunun daha da artırılması istiqamətində əlavə tədbirlər görülməsini diqtə edir".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31