2 milyon tondan artıq Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb

2017-ci ilin yanvar ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 412 min 263 ton Azərbaycan nefti nəql olunub. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı SOCAR yayıb. Bildirilib ki, kəmər istifadəyə verilən gündən 2017-ci il fevral ayının 1-ə qədər BTC-yə 323 milyon 950 min 325 ton neft vurulub.

2017-ci ilin yanvar ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 412 min 263 ton Azərbaycan nefti nəql olunub. "OLAYLAR"-ın xəbərinə görə, məlumatı SOCAR yayıb. Bildirilib ki, kəmər istifadəyə verilən gündən 2017-ci il fevral ayının 1-ə qədər BTC-yə 323 milyon 950 min 325 ton neft vurulub. Bundan başqa, 2017-ci ilin yanvar ayında BTC kəməri ilə 935 min 880 ton Türkmənistan nefti nəql olunub. Hesabat dövründə 2 milyon 48 min 786 ton Azərbaycan nefti isə Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 398 min 440 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.. Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il fevral ayının 1-ə qədər Ceyhan limanından 321 milyon 883 min 385 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31