Gündəm
“Bəstəkarlarla görüş” layihəsi çərçivəsində Xalq artisti Azər Dadaşov ilə görüş keçirildi
Qara Qarayevin Ev-Muzeyində “Bəstəkarlarla görüş” layihəsi çərçivəsində növbəti görüş Qara Qarayev bəstəkarlıq məktəbinin yetirməsi olan, görkəmli bəstəkar, Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Azər Dadaşov və “Azər Dadaşov adına Pianoçuların IV Beynəlxalq Müsabiqəsi”-nin qalibləri ilə görüş keçirilmişdir.
Lənkəranda keçirilən Beynəlxalq Teatr Festivalı başa çatdı
Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı çərçivəsində Lənkəran Dövlət Dram Teatrının binasında keçirilən Beynəlxalq Teatr Festivalı başa çatıb. Olaylar.az bildirir ki, Beynəlxalq Teatr Festivalının beşinci - sonuncu günü tamaşaçılara üç səhnə əsəri təqdim olunub.
Konfutsi İnstitutu ilə Siyasi Psixologiya Mərkəzi arasında müqavilə imzalanıb
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə “Siyasi Psixologiya Mərkəzi” İctimai Birliyi (SPM) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Olaylar.az bildirir ki, müqavilənin əsas məqsədi Azərbaycanla Çin arasında ictimai-siyasi tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi, elmi və ictimai təşkilatların ikitərəfli əlaqələrinin inkişafı, təhsil əlaqələrinin intensivləşdirilməsi, birgə proqramlar vasitəsilə Çin təhsilinə dəstək olmaq, o cümlədən mütəxəssislərin mübadiləsi, ictimai və siyasi elmlər sahəsində elmi-praktiki tədqiqatların aparılması və elmi-praktiki konfransların təşkili ilə bağlı araşdırmalar aparmaqdır.
Ehtiram Jabinin yeni layihəsi - “Dadaş Adna: Love me”
İyunun 12, saat 19:00-da YARAT Müasir İncəsənət Məkanı ARTIM Layihə Məkanının yeni ünvanında ilk sərgi təşkil olunacaq. Olaylar.az bildirir ki, "Kuratorlar üçün açıq müsabiqə”nin qalibi seçilmiş Ehtiram Jabinin layihəsi olan “Dadaş Adna: Love me” adlı multidistiplinar sərgi əsəri məkanı yeni formatda təqdim edəcək.
YUĞ “Novruz” Festivalında
Azərbaycan Dövlət YUĞ Teatrının kollektivi Tatarıstanda səfərdədir. Xəbər verdiyimiz kimi, teatr Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçiriləcək “Novruz” türkdilli xalqların teatr festivalında iştirak edir. Olaylar.az bildirir ki, YUĞ Teatrı beynəxlalq festivalda Azərbaycanı R.Akutaqavanın “Cəngəllikdə” əsəri əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” tamaşası ilə təmsil edir.
Maskalılar azərbaycanlı "avtoritet”in yas mərasiminə BASQIN ETDİ
Azərbaycanda gənc qız bibisinin ərinə qoşulub qaçdı - TƏFƏRRÜAT
QMİ sədri: "Bu, Prezident İlham Əliyevin fikridir"
Bəhruz Quliyev: Fransa məhkəməsinin Dağlıq Qarabağla bağlı ədalətli qərarı bütün dünya üçün presedentdir
“Ötən il Fransanın Arnuvil şəhərinin meri Paskal Dol ilə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Xocavənd rayonunun separatçı rəhbəri arasında “Dostluq Xartiyası” imzalanmışdı, lakin separatçıların bu sevinci uzun sürmədi. Fransanın Val Duaz Departamentinin İnzibati Məhkəməsi iyunun 4-də Arnuvil şəhəri ilə Dağlıq Qarabağdakı erməni separatçıları arasında imzalanan "Dostluq Xartiyası"nı ləğv edib. Məhkəmənin çıxardığı qərara əsasən, imzalanmış “sənəd” qeyri-qanuni hesab edilib, heç bir hüquqi qüvvəsinin olmadığı və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması bildirilib”. Bunu Olaylar.az -a açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Birinci xanım təbriki instaqram hesabında yayımlayıb.
Gürcü spiker: Sərhəd məsələsi məsləhətləşmələr əsasında həll olunmalıdır
“Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiya məsələsi məsləhətləşmələr əsasında həll olunmalıdır”. Bu barədə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze jurnalistlərə bildirib.
“Culture Guide” mədəniyyət bələdçisinin iyun sayı çapdan çıxıb
Ölkəmizə təşrif buyuran qonaqlara Azərbaycanın tarixi, mədəni irsi, zəngin incəsənəti, müasir mədəniyyəti, sənət ocaqlarının fəaliyyəti, eləcə də bölgələrimizin mədəni palitrası barədə dolğun məlumat vermək, onların ölkəmiz barədə təəssüratını yaddaqalan etmək təbliğat baxımından xüsusi önəm kəsb edir. Bu məqsədlə nəşr olunan “Culture Guide” kataloqunun iyun sayı çapdan çıxıb.
“Caspian etude” Gənc Pianoçuların I Beynəlxalq Müsabiqəsi başa çatdı
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə iyunun 1-dən start götürən “Caspian etude” Gənc Pianoçuların I Beynəlxalq Müsabiqəsi başa çatdı. Olaylar.az bildirir ki, iyunun 4-də Beynəlxalq Muğam Mərkəzində müsabiqənin bağlanış mərasimi, qaliblərin mükafatlandırılması və laureatların qala-konserti keçirildi.
Azərbaycan, Serbiya və Özbəkistan opera ulduzları bir səhnədə
İyunun 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto”operasının tamaşası keçiriləcəkdir. Olaylar.az bildirir ki, Azərbaycan Dövlət Opera və Balet Teatrı bu tamaşada Riqoletto partiyasını ifa etmək üçün Belqrad Milli Teatrının (Serbiya) aparıcı solisti, vokalçıların beynəlxlaq müsabiqələrinin laureatı Matiç Draqutini dəvət etmişdir.














