Bəhruz Quliyev: Fransa məhkəməsinin Dağlıq Qarabağla bağlı ədalətli qərarı bütün dünya üçün presedentdir
“Ötən il Fransanın Arnuvil şəhərinin meri Paskal Dol ilə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Xocavənd rayonunun separatçı rəhbəri arasında “Dostluq Xartiyası” imzalanmışdı, lakin separatçıların bu sevinci uzun sürmədi. Fransanın Val Duaz Departamentinin İnzibati Məhkəməsi iyunun 4-də Arnuvil şəhəri ilə Dağlıq Qarabağdakı erməni separatçıları arasında imzalanan "Dostluq Xartiyası"nı ləğv edib. Məhkəmənin çıxardığı qərara əsasən, imzalanmış “sənəd” qeyri-qanuni hesab edilib, heç bir hüquqi qüvvəsinin olmadığı və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması bildirilib”. Bunu Olaylar.az -a açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
5 İyun 2019 10:47 Siyasət"Ötən il Fransanın Arnuvil şəhərinin meri Paskal Dol ilə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Xocavənd rayonunun separatçı rəhbəri arasında "Dostluq Xartiyası" imzalanmışdı, lakin separatçıların bu sevinci uzun sürmədi. Fransanın Val Duaz Departamentinin İnzibati Məhkəməsi iyunun 4-də Arnuvil şəhəri ilə Dağlıq Qarabağdakı erməni separatçıları arasında imzalanan "Dostluq Xartiyası"nı ləğv edib. Məhkəmənin çıxardığı qərara əsasən, imzalanmış "sənəd" qeyri-qanuni hesab edilib, heç bir hüquqi qüvvəsinin olmadığı və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması bildirilib". Bunu Olaylar.az -a açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Bəhruz Quliyev bildirib ki, Fransa məhkəməsi Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinə ağır zərbə vurdu və ermənilərin bütün cəhdlərinin üzərindən xətt çəkdi: "Əlbəttə ki, Fransa məhkəməsinin belə bir qərar verməsi Azərbaycan tərəfinin hüquqi addımlarının nəticəsidir. Çünki, Azərbaycan separatçı rejimin işğalı legitimləşdirmək, Fransa şəhərləri ilə qarşılıqlı əlaqələr qurmaq cəhdlərini rəsmi Paris qarşısında dəfələrlə qaldırıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Fransaya sonuncu səfəri zamanı keçirdiyi rəsmi görüşlərdə məsələni müzakirə edib və belə halların yolverilməzliyini diqqətə çatdırıb. Hətta, Bu ilin fevralında erməni diasporunun nümayəndələri ilə görüş zamanı Prezident Emanuel Makron bu tipli xartiyaların imzalanması və işalçı rejimlə Fransa şəhərlərinin əlaqələrinin qurulmasını Fransanın dövlət maraqlarına, beynəlxalq öhdəliklərinə və hüquqa zidd olduğunu bildirib. Bu mənada, Azərbaycan hökumətinin belə çevik reaksiyası və prinsipial mövqe nümayiş etdirməsi nəticəsində qondarma rejimlə imzalanan saxta "Dostluq Xartiyası"nın Fransa məhkəməsində ləğvi baş tutdu".
"Fransa məhkəməsinin Dağlıq Qarabağla bağlı ədalətli qərarı bütün dünya üçün presedentdir" - deyən Bəhruz Quliyev vurğulayıb ki, bu, Fransa məhkəməsinin 2013-cü ildən sonrakı dövrdə Azərbaycanın xeyrinə çıxardığı ilk qərardır.
Bəhruz Quliyev diqqətə çatdırıb ki, məhkəmənin məlum qərarı məkrli erməni separatizminə tutarlı zərbə oldu və bir daha göstərildi ki, sivil dünya separatçılığa, işğala dəstək vermir. "Fransa məhkəməsinin bu ədalətli qərarı bizlərdə digər bu kimi məhkəmə işlərində də Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin bağladığı bu tipli qeyri-qanuni və beynəlxalq hüquqa zidd olan sənədlərin ləğv olunacağına da əminlik yaradır" - deyə Bəhruz Quliyev əlavə edib.