Gündəm

UEFA Avropa Liqasının finalı üçün 12 628 əcnəbi vətəndaşa “ASAN Viza” verilib

4 İyun 2019 20:35

Bakıda keçirilən UEFA Avropa Liqasının finalı üçün Azərbaycana gələn azarkeşlərin viza əldə etmələri yüksək səviyyədə təşkil olunub. Bakıda Final oyununa baxmaq üçün ümumi ziyarətçilər içərisindən viza almaq ehtiyacına malik olan 12 628 əcnəbi vətəndaş “ASAN Viza” sistemi vasitəsilə viza əldə edib.

Vüqar Rəhimzadə: Fransa məhkəməsinin qərarı ədalətin bərpasıdır

4 İyun 2019 20:31

«Hadisələrə ən böyük dəyəri zaman özü verir. Ədalət ən böyük meyardır. Həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatın qələbəsi inkaredilməzdir. Bu gün dünyanın nəhəng dövlətlərinin Azərbaycan həqiqətlərinə münasibətdə mövqelərində dəyişikliklər etmələri dövlətimizin uğurlu daxili və xarici siyasətinin nəticəsidir. Artıq işğalçı Ermənistan bu reallığın şahidinə çevrilir ki, yalanlarla dünyanı çaşdırmaq qeyri-mümkündür.» Bu fikirləri Olaylar.az -a Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Fransa məhkəməsinin separatçı Dağlıq Qarabağ rejimi ilə A

“Qoğalın sərgüzəştləri” Lənkəran Beynəlxalq Festivalında

4 İyun 2019 15:27

"Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində keçirilən I Beynəlxalq Lənkəran Teatr Festivalı öz işinə başlayıb. Festivala ölkəmizin 11 sənət ocağı öz tamaşaları ilə qatılıblar. Olaylar.az bildirir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı festivalda Pərvin Nurəliyevanın eyniadlı pyesi əsasında Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi “Qoğalın sərgüzəştləri” tamaşası ilə iştirak edib. Tamaşada əsas rolları Anar Seyfullayev, Ramil Məmmədov, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Tahir İsmayılov, Günel Məmmədova, Asya Atakişiyeva canlandırırlar. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğludur, musiqi tərtibatı İradə Muradovaya aiddir.

Gənc Tamaşaçılar Teatrında premyera 

4 İyun 2019 15:22

Gənc Tamaşaçılar Teatrında Pərvinin “Qızıl balıq ” (A.S.Puşkinin “Balıqçı və balığın nağılı” əsərinin motivləri əsasında) pyesi əsasında eyniadlı tamaşanın premyerası baş tutub.

“Aypara” ölkəmizi Litvada təmsil edecek

4 İyun 2019 14:41

İyunun 5-də “Aypara” muğam qrupu Litva Respublikasına səfər edəcək. Olaylar.az bildirir ki, səfər Azərbaycanın Litvadakı səfiri cənab Tamerlan Qarayevin  təşəbbüsü İlə keçirilən Azərbaycan Respublika günü ilə bağlıdır. Ölkəmizi Litvada xanəndə Gülzar Fərəcova, tar ifaçısı Ədalət Behbudov və kamança ifaçısı Pərviz Fərhadov təmsil edəcək.

Əbülfəs Qarayev Ramazan bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib

4 İyun 2019 14:17

Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizin mədəniyyət ictimaiyyətini islam dünyasının müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

Nazir və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

4 İyun 2019 14:13

İyunun 21-də, saat 11:00-da Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Balakən rayon Mədəniyyət Mərkəzində (Balakən şəhəri, Heydər Əliyev prospekti 42) Balakən və Zaqatala rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Bakıdakı faciəvi qəzayla bağlı şok: Sevgilisini maşında bıçaqlayıb…

4 İyun 2019 12:09

Bakıdakı faciəvi qəzayla bağlı şok: Sevgilisini maşında bıçaqlayıb…

Baş İdarə Ramazan bayramı ilə əlaqədar şəhid ailələrini ziyarət edib

4 İyun 2019 11:56

Ramazan ayının özəlliklərindən biri də sülh, birlik, rifah və milli adət-ənənələrimizdən irəli gələn insanları, xüsusən diqqətə ehtiyacı olan şəxsləri yada salmaqdır. Olaylar.az bildirir ki, bu münasibətlə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Aprel döyüşlərində şəhid olmuş igidlərimizin ailələri ziyarət edilib.

Rəsm əsərlərinin respublika satış yarmarkasına qəbulu davam edir

4 İyun 2019 11:40

Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə elan olunan rəssamların əsərlərinin satış sərgi yarmarkası üçün əsərlərin qəbulu davam edir.

“Çölçü” beynəlxalq mükafata layiq görüldü

4 İyun 2019 11:31

“Çölçü” bədii filmi ABŞ-da keçirilən “Accolade Global 2019”  Film Müsabiqəsində  “Merit Special Mention” mükafatına layiq görülmüşdür. Bundan əlavə,  film iki beynəlxalq kino festivalının – “Near Nazareth Festival 2019” (İsrail) və “Florence Film Awards 2019” (İtaliya)  final, “European Screen Awards 2019”  festivalının isə müsabiqə mərhələsinə seçilmişdir.

“iPhone 5s” sistem yeniləmələrindən məhrum olub

4 İyun 2019 11:29

“iPhone 5s” daxil olmaqla bir sıra köhnəlmiş smartfonlar sistem yeniləmələrindən məhrum olacaq. Bu haqda şirkətin saytında məlumat verilib.

Fotosərgi - “Azərbaycanda mədəni müxtəliflik”

4 İyun 2019 10:51

8-28 iyun tarixlərində Müasir İncəsənət Muzeyində "Azərbaycanın mədəni müxtəlifliyi" fotosərgisi keçiriləcək. Olaylar.az bildirir ki, Azərbaycanla mədəni əməkdaşlığın bir hissəsi olaraq, Hollandiya Krallığının Bakıdakı səfirliyi Azərbaycan-Hollandiya fotoqraflarının əməkdaşlığı ilə alıcı ölkənin nadir mədəni aspektlərini birləşdirən "Azərbaycanda mədəni müxtəliflik" layihəsini təşkil edib.

“ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günləri

4 İyun 2019 10:33

5 və 6 iyun tarixlərində Ramazan bayramı ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür. Olaylar.az bildirir ki, 7 iyun tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

“Cırtdan” məharətini Lənkəran səhnəsində göstərəcək

4 İyun 2019 10:26

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi 1-5 iyun tarixlərində Lənkəran şəhərində keçirilən Beynəlxalq Teatr Festivalında çıxış edəcək. Olaylar.az bildirir ki, yaradıcı heyət “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Teatr Xadimləri İttifaqının birgə təşkil etdiyi festivalda repertuarındakı seçkin tamaşalardan olan “Cırtdan” ilə təmsil olunacaq.