Aydın Quliyev - sözün məsuliyyətini və dövlətçilik düşüncəsini birləşdirən ziyalı

Bəzi insanlar yaşadıqları ömürlə, bəziləri isə yaratdıqları fikir məktəbi ilə cəmiyyətin yaddaşında qalırlar. Elə şəxsiyyətlər də var ki, onların fəaliyyəti zamanın hüdudlarını aşaraq müxtəlif nəsillər üçün örnəyə çevrilir. Onlar həm də, ictimai fikrin formalaşmasına, dövlətçilik ənənələrinin möhkəmlənməsinə və milli dəyərlərin qorunmasına xidmət edən ziyalı missiyasını daşıyırlar. Belə şəxsiyyətlərdən biri də Azərbaycan jurnalistikasının və ictimai-siyasi həyatının tanınmış simalarından olan Aydın Quliyevdir. Onun doğum günü təkcə ömür yoluna nəzər salmaq üçün deyil, həm də uzun illər ərzində ölkənin informasiya və siyasi həyatına verdiyi töhfələri dəyərləndirmək baxımından əlamətdar bir gündür.

Aydın Quliyev uzun illərdir ki, peşəkar jurnalist kimi cəmiyyətin etimadını qazanan qələm sahiblərindəndir. Onun publisistik yazıları hər zaman hadisələrin mahiyyətinə nüfuz etməsi, analitik yanaşması və milli maraqları əsas tutması ilə seçilib. O, informasiyanı sadəcə çatdırmaqla kifayətlənməyib, baş verən proseslərin səbəb və nəticələrini geniş təhlil edərək oxuculara obyektiv mövqe formalaşdırmaq imkanı yaradıb. Bu xüsusiyyətlər onu Azərbaycan mediasında özünəməxsus dəst-xətti olan müəlliflərdən birinə çevirib.

İnformasiya məkanında xəbərin sürəti bəzən onun doğruluğunu kölgədə qoyur. Belə bir dövrdə peşəkar jurnalistin əsas üstünlüyü etibarlılıq, prinsipiallıq və məsuliyyətdir. Aydın Quliyev də məhz bu prinsiplərə sadiqliyi ilə seçilib. O, milli maraqları və dövlətçilik dəyərlərini hər zaman ön planda saxlayaraq cəmiyyətin düzgün məlumatlandırılmasına xidmət edib. Onun yazıları təkcə informasiya deyil, həm də düşüncə və analitik baxış nümunəsi kimi dəyərləndirilir.

Lakin, Aydın Quliyevin fəaliyyəti yalnız jurnalistika ilə məhdudlaşmır. O, uzun illər ərzində Azərbaycanın ictimai-siyasi həyatında da fəal iştirak etmiş, dövlətçilik ideyalarının təbliği, milli maraqların müdafiəsi və cəmiyyətlə dövlət arasında sağlam münasibətlərin möhkəmləndirilməsi istiqamətində ardıcıl mövqe nümayiş etdirmişdir. Onun siyasətdəki fəaliyyəti də jurnalistikasında olduğu kimi prinsipiallıq, məsuliyyət və milli maraqlara bağlılıq üzərində qurulub.

Siyasət yalnız qərarlar qəbul etmək deyil, həm də cəmiyyətin gələcəyini düzgün qiymətləndirmək bacarığıdır. Aydın Quliyev bu baxımdan hadisələrə geniş strateji yanaşması, ölkənin inkişaf prioritetlərini düzgün təhlil etməsi və dövlət maraqlarını hər zaman üstün tutması ilə seçilən ictimai-siyasi xadimlərdən biridir. Onun çıxışlarında və məqalələrində Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, milli birliyin qorunması, informasiya təhlükəsizliyi və dövlətçilik ənənələrinin inkişafı əsas istiqamətlər kimi diqqət çəkir.

Jurnalist qələmi ilə siyasətçinin baxışını uğurla birləşdirə bilmək hər kəsə nəsib olmur. Aydın Quliyev isə öz fəaliyyəti ilə sübut edib ki, söz yalnız hadisələri təsvir etmək üçün deyil, həm də cəmiyyətə istiqamət vermək, sağlam ictimai rəy formalaşdırmaq və milli həmrəyliyi gücləndirmək üçün mühüm vasitədir. Bu baxımdan onun həm media, həm də siyasi fəaliyyəti bir-birini tamamlayan vahid missiyanın tərkib hissəsi kimi qiymətləndirilir.

Azərbaycanın müstəqillik tarixində baş verən mühüm ictimai-siyasi proseslərin obyektiv təhlili, milli maraqların müdafiəsi və dövlətçilik ideyalarının təbliği istiqamətində Aydın Quliyevin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. O, müxtəlif dövrlərdə cəmiyyət üçün aktual olan məsələlərə münasibət bildirərək sağlam müzakirə mühitinin formalaşmasına öz töhfəsini verib. Onun mövqeyi emosiyalardan daha çox faktlara, məsuliyyətə və milli maraqlara əsaslanması ilə seçilib.

Bu gün Azərbaycan mediası və ictimai-siyasi mühiti yeni çağırışlarla üz-üzədir. İnformasiya müharibələrinin geniş vüsət aldığı, dezinformasiyanın sürətlə yayıldığı bir dövrdə peşəkar jurnalistlərin və təcrübəli siyasətçilərin üzərinə daha böyük məsuliyyət düşür. Aydın Quliyevin uzun illər ərzində qazandığı təcrübə, dövlətçilik mövqeyi və analitik düşüncəsi bu baxımdan xüsusi dəyər daşıyır. Onun fəaliyyəti gənc jurnalistlər və ictimai-siyasi fəaliyyətə yeni başlayanlar üçün peşəkarlıq, məsuliyyət və vətənpərvərlik nümunəsidir.

Doğum günü münasibətilə Aydın Quliyevə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və yeni uğurlar arzulayırıq. İnanırıq ki, onun zəngin təcrübəsi, qələminin gücü və dövlətçilik mövqeyi bundan sonra da Azərbaycanın ictimai fikrinin inkişafına, milli maraqların müdafiəsinə və sağlam informasiya mühitinin formalaşmasına mühüm töhfələr verməyə davam edəcək. Çünki, peşəkarlıq, prinsipiallıq və Vətənə xidmət amalı üzərində qurulan fəaliyyət hər zaman cəmiyyət tərəfindən yüksək qiymətləndirilir və zaman keçdikcə daha böyük dəyər qazanır.

Lamiyə İsazadə,

Yazıçı-publisist, Prezident təqaüdçüsü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31