HƏMAS: İsrailin Qəzzada dəfn mərasiminə zərbəsi nəticəsində 8 nəfər ölüb

HƏMAS İsrail ordusunun Qəzza zolağında dəfn mərasiminə endirdiyi aviazərbə nəticəsində azı 8 nəfərin öldüyünü, onlarla insanın isə yaralandığını iddia edib.

Olaylar xəbər verir ki, bu barədə Fələstinin HƏMAS hərəkatı məlumat yayıb.

Bildirilib ki, aviazərbə anklavın mərkəzi hissəsində keçirilən dəfn mərasiminə endirilib. Yaralananların dəqiq sayı açıqlanmayıb.

HƏMAS hadisədən sonra İsraillə aparılan danışıqlarda vasitəçilik edən tərəfləri və BMT-ni atəşkəs rejiminin pozulmasının qarşısının alınması üçün təcili tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, məlumat HƏMAS tərəfindən açıqlanıb və hadisə ilə bağlı İsrail tərəfi hələlik rəsmi açıqlama verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31