Konfutsi İnstitutu ilə Siyasi Psixologiya Mərkəzi arasında müqavilə imzalanıb

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə “Siyasi Psixologiya Mərkəzi” İctimai Birliyi (SPM) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Olaylar.az bildirir ki, müqavilənin əsas məqsədi Azərbaycanla Çin arasında ictimai-siyasi tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi, elmi və ictimai təşkilatların ikitərəfli əlaqələrinin inkişafı, təhsil əlaqələrinin intensivləşdirilməsi, birgə proqramlar vasitəsilə Çin təhsilinə dəstək olmaq, o cümlədən mütəxəssislərin mübadiləsi, ictimai və siyasi elmlər sahəsində elmi-praktiki tədqiqatların aparılması və elmi-praktiki konfransların təşkili ilə bağlı araşdırmalar aparmaqdır.

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə "Siyasi Psixologiya Mərkəzi" İctimai Birliyi (SPM) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Olaylar.az bildirir ki, müqavilənin əsas məqsədi Azərbaycanla Çin arasında ictimai-siyasi tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi, elmi və ictimai təşkilatların ikitərəfli əlaqələrinin inkişafı, təhsil əlaqələrinin intensivləşdirilməsi, birgə proqramlar vasitəsilə Çin təhsilinə dəstək olmaq, o cümlədən mütəxəssislərin mübadiləsi, ictimai və siyasi elmlər sahəsində elmi-praktiki tədqiqatların aparılması və elmi-praktiki konfransların təşkili ilə bağlı araşdırmalar aparmaqdır.

Tədbirdə çıxış edən "Siyası Psixologiya Mərkəzi" İctimai birliyinin rəhbəri, professor Səməd Seyidov rəhbərlik etdiyi qurumun elmi istiqamətləri barədə məlumat verərək, burada çin fəlsəfəsi, dili, iqtisadiyyatı, mədəniyyətinin ən yüksək səviyyədə təmsil olunmasının tərəfdarı olduğunu bildirib. 

Tədbirdə çıxış edən Çin Xalq Respublikasının Azərbaycandakı səfiri cənab Vey Cinxua Siyasi Psixologiya mərkəzində Çin dili tədris mərkəzinin açılışının Çin-Azərbaycan münasibətlərinin inkişafına və Çin-Azərbaycan Parlamentlərarası mübadilələrə öz əvəzolunmaz tövhələr verəcəyini bildirib. 

Tədbirdə çıxış edən Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin üzvü, professor Asim Mollazadə Azərbaycan-Çin münasibətlərinin inkişafı istiqamətində Konfutsi İnstitutu ilə Siyasi Psixologiya Mərkəzinin əməkdaşlığının gələcək nəsillərə böyük töhfələr verəcəyini və bu əlaqələrin səmərəli olacağına əminliyini bildirib. 

Tədbirdə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov elm sahəsində Azərbaycan-Çin münasibətləri haqqında danışaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Çinə tarixi səfəri zamanı iki ölkə arasında elm-texniki sahəsində əməkdaşlıq haqqında imzalanmış müqavilənin əhəmiyyətini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31