Gündəm
İstanbulda böyük əməliyyat: 110 nəfər saxlanıldı
İstanbulda 1000-ə qədər ünvanda genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyatın gedişatında barələrində həbs qərarı çıxarılan və ya müxtəlif cinayətlərə görə şübhəli sayılan 110 nəfər saxlanılıb.
İyulun 2-də bu ilin ikinci Günəş tutulması hadisəsi baş verəcək
Bu ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi iyulun 2-3-nə təsadüf edəcək. AMEA Şamaxı Astrofizika Rəsədxanasından Olaylar.az -a verilən məlumata görə, bu təbiət hadisəsi 2 iyul tarixində yerli vaxtla saat 20:55-də başlayacaq və 3 iyul 01:50-də başa çatacaq.
Bakıda UNESKO-nun Dünya İrs Komitəsinin sessiyası başladı
Bakıda UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası başlayıb. İyulun 10-dək davam edəcək sessiyada dünyanın 180-dən artıq ölkəsindən 2500 nəfərdən artıq nümayəndə iştirak edir.
Akademik Milli Dram Teatrında yeni hazırlanan “Dəli yığıncağı” tamaşası nümayiş olunub
Akademik Milli Dram Teatrında yeni hazırlanan “Dəli yığıncağı” tamaşası nümayiş olunub. Teatrın mətbuat xidmətindən Olaylar.az -a verilən məlumata görə, Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanan tamaşanın nümayişindən əvvəl akademik İsa Həbibbəyli çıxış edib. O, Cəlil Məmmədquluzadənin yaradıcılığı haqqında geniş məlumat verib, ədibin zəngin irsində “Dəli yığıncağı”nın yerinin xüsusi olduğunu diqqətə çatdırıb.
Əsədin həbsxanasında QANDONDURAN OLAYLAR
Bəşər Əsəd rejiminin həbs etdiyi Nur Nədim Mulhim adlı qadın həbsxanada olarkən başına gələn qandonduran olaylardan danışıb. Qadın "Anadolu" agentliyinə müsahibəsində "müxaliflərlə cihad nikahına girməkdə" ittiham edildiyini və buna görə dəhşətli işgəncələrə məruz qaldığını deyib.
Səyyar ASAN xidmət davam edir
Səyyar ASAN xidmət 6 iyul Goranboy və Qaxda, 1 – 15 iyul Novxanıda, 1 – 30 iyul Salyan, Gədəbəy, Qusar, Lerik, Şamaxı, Lənkəran və Biləsuvarda vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Şəkidə “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı keçirilir
Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı öz işinə başlayıb. Olaylar.az bildirir ki, Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Türkiyə, Rusiya, Macarıstan və Qazaxıstanın, həmçinin Azərbaycanın tanınmış musiqi və teatr kollektivləri, istedadlı musiqiçilər iştirak ediblər.
Trampdan gözlənilməz Türkiyə ETİRAFI - Ərdoğan özü açıqladı
Türkiyəni Rusiyadan aldığı S-400 müdafiə kompleksindən imtina etmək üçün ortağı olduğu F-35 döyüş təyyarələri proqramından çıxarmaqla təhdid edən ABŞ prezidenti Donald Tramp haqsız olduğunu etiraf edib. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Osaka 2019 sammitindən sonra jurnalistlərlə görüşündə deyib.
Türkiyəli qonaqlar Akademik Musiqili Teatrda
Bir çox ölkələrdə kifayət qədər populyarlıq qazanan Türkiyənin məşhur seriallarının qəhrəmanları – “Savaşçı”nın “Komutan”ı Murat Serezli və “Eşkiya Dünyaya Hökmdar Olmaz”ın “Mürsel Kara"sı Taner Turan və klassik Türk musiqi ifaçısı Nebahat Nalan Höke Azərbaycan Dövlət Akademik Musiqili Teatrında olublar.
Avropa ölkələri hərbi internet yaradır
Almaniya və Niderland tarixdə ilk hərbi internet yaradılması məqsədilə səylərini birləşdirmək qərarına gəliblər. Bu haqda “ZDNet” nəşri yazır.
YUĞ Dövlət Teatrı mövsümü “Vəsvəsə” tamaşası ilə bağladı
YUĞ Dövlət Teatrı “Vəsvəsə” tamaşası ilə 30-cu teatr mövsümünə yekun vurdu.
Bu da Murad Arifin qalmaqallı klipi
Müğənni-bəstəkar Murad Arif Macarıstanda çəkdirdiyi klipini təqdim edib. "Mənə sən lazımsan" adlanan mahnının ekran həlli rejissor Vasif Muradbəyliyə həvalə edilib.
"Nəsimi ili"nə lirik töhfə
Nəsiminin 650 illiyi ilə əlaqədar ötən ilin sentyabrında Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı keçirildi. Bu il isə Nəsimi ideyalarının gənc nəslə təbliği naminə hər bir sənət adamı öz töhfəsini əsirgəmir.
ABŞ-da təyyarə qəzası: hamısı öldü
ABŞ-ın Texas ştatında iki mühərrikli təyyarə qəzaya uğrayıb. Yerli CBS DFW telekanalının məlumatına görə, hadisə nəticəsində 10 nəfər həlak olub.
Səyyar ASAN Kommunal Xırdalan və Maştağada
1 – 31 iyul 2019-cu il tarixində Səyyar ASAN xidmət çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Xırdalan şəhərində Xırdalan və Qobu , Maştağa qəsəbəsində isə Maştağa, Nardaran və Ramana sakinləri üçün səyyar formada xidmətlər həyata keçiriləcək.














