YUĞ Dövlət Teatrı mövsümü “Vəsvəsə” tamaşası ilə bağladı

YUĞ Dövlət Teatrı “Vəsvəsə” tamaşası ilə 30-cu teatr mövsümünə yekun vurdu.

YUĞ Dövlət Teatrı "Vəsvəsə" tamaşası ilə 30-cu teatr mövsümünə yekun vurdu.

Olaylar.az bildirir ki, növbəti mövsümdə 30 illik yubileyini keçirməyə hazırlaşan kollektiv mövsümü yeni tamaşayla bağlayıb. Norveç dramaturqu Henrik İbsenin "Vahimə" əsəri əsasında hazırlanmış "Vəsvəsə" tamaşasının quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssamı Elnarə Bəkirova, musiqi tərtibatçısı Səbinə Süleymanova, rejissor assistenti Səidə Süleymanovadır. Tamaşada Əməkdar artist Elxan Abbasov (Keşiş Manders), aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova (Frü Alvinq), Amid Qasımov (Keşiş Manders), Vüqar Hacıyev, Oqtay Mehtiyev (Enqstrand), Elgün Həmidov (Osvald), Ləman Mərrih və Günel Səfərova (Regina) çıxış edirlər.

"Mənəviyyatını itirən hər şeyini itirir!" - ideyasından çıxış edən rejissorun fikrincə, "Azadlığını itirən mənəvi əzabdan başqa heç nə qazanmır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31