İyulun 2-də bu ilin ikinci Günəş tutulması hadisəsi baş verəcək
Bu ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi iyulun 2-3-nə təsadüf edəcək. AMEA Şamaxı Astrofizika Rəsədxanasından Olaylar.az -a verilən məlumata görə, bu təbiət hadisəsi 2 iyul tarixində yerli vaxtla saat 20:55-də başlayacaq və 3 iyul 01:50-də başa çatacaq.
1 İyul 2019 10:52 SosialBu ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi iyulun 2-3-nə təsadüf edəcək.
AMEA Şamaxı Astrofizika Rəsədxanasından Olaylar.az -a verilən məlumata görə, bu təbiət hadisəsi 2 iyul tarixində yerli vaxtla saat 20:55-də başlayacaq və 3 iyul 01:50-də başa çatacaq.
Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək.
Növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31