"Nəsimi ili"nə lirik töhfə
Nəsiminin 650 illiyi ilə əlaqədar ötən ilin sentyabrında Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı keçirildi. Bu il isə Nəsimi ideyalarının gənc nəslə təbliği naminə hər bir sənət adamı öz töhfəsini əsirgəmir.
1 İyul 2019 10:24 MədəniyyətNəsiminin 650 illiyi ilə əlaqədar ötən ilin sentyabrında Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə Nəsimi - şeir, incəsənət və mənəviyyat festivalı keçirildi. Bu il isə Nəsimi ideyalarının gənc nəslə təbliği naminə hər bir sənət adamı öz töhfəsini əsirgəmir.
Olaylar.az bildirir ki, "Nəsimi ili" nə töhfə olaraq Xalq artisti Murad Hüseynov və Əməkdar artist, Akademik Opera və Balet Teatrının solisti Ramil Qasımov Nəsiminin sözlərinə yazılmış "Mərhaba" romasını təqdim ediblər. Əsərin müəllifi, Bəstəkarlar İttifaqının üzvü Azad Zahiddir. Surətim, əqlim, üqulim, cismü canım, mərhəba deyən şairin sözlərinə yazılmış bu əsərdə klassik janrın qanunları ilə yanaşı qəzəlin ruhuna uyğun melodikliyin şahidi oluruq. Böyük səviyyəli poeziyaya eyni səviyyədə bəstə və ifalar əsərin musiqisevərlər tərəfindən sevgi ilə qarşılanmasına əminlik yaradır. Qəzəl, bəstə və ifaçıların möhtəşəm vəhdəti Nəsimi fəlsəfəsinin dərinliyini açmaq imkanı yaradır və bir daha nəcib hisslərin ən gözəl ifadəsini əks etdirən romans janrına sevgini təcəssüm etdirir. Azərbaycanın görkəmli musiqi xadimlərinin Nəsimi ilinə musiqi töhfələri olan "Mərhaba" romansı Azərbaycan Televiziyası, Mədəniyyət kanalı vasitəsi ilə tamaşaçılara təqdim olunur.