ABŞ-da təyyarə qəzası: hamısı öldü
ABŞ-ın Texas ştatında iki mühərrikli təyyarə qəzaya uğrayıb. Yerli CBS DFW telekanalının məlumatına görə, hadisə nəticəsində 10 nəfər həlak olub.
1 İyul 2019 10:21 DünyaABŞ-ın Texas ştatında iki mühərrikli təyyarə qəzaya uğrayıb.
Yerli CBS DFW telekanalının məlumatına görə, hadisə nəticəsində 10 nəfər həlak olub.
Hadisə Dallas dairəsinin Eddison şəhərində yerli vaxtla bazar günü səhər saatlarında baş verib. Şəhərin ictimaiyyətlə əlaqələr üzrə direktoru Meri Rozenblit təyyarədə olanlardan heç kimin sağ qalmadığını bildirib. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31