Səyyar ASAN Kommunal Xırdalan və Maştağada

1 – 31 iyul 2019-cu il tarixində Səyyar ASAN xidmət çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Xırdalan şəhərində Xırdalan və Qobu , Maştağa qəsəbəsində isə Maştağa, Nardaran və Ramana sakinləri üçün səyyar formada xidmətlər həyata keçiriləcək.

1 - 31 iyul 2019-cu il tarixində Səyyar ASAN xidmət çərçivəsində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Xırdalan şəhərində Xırdalan və Qobu , Maştağa qəsəbəsində isə Maştağa, Nardaran və Ramana sakinləri üçün səyyar formada xidmətlər həyata keçiriləcək.

Olaylar.az bildirir ki, xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsi ilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə "ASAN Kommunal" standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək.

Vətəndaşlar bu çərçivədə itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31