Gündəm

“Ay ana, mən şəhid olacam, sənin də yerin cənnət olacaq, mənim də”

30 Avqust 2016 15:37

Təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən həlak olan hərbçimiz, 19 yaşlı şəhid, kəşfiyyatçı əsgər Emin Bağırovun sosial mediada yazdığı bu sözlər dostlarını və onu sevənləri heyrətləndirməyə bilməzdi. Emin Bağırov düşmənlə döyüşlərdə minaya düşərək həyatını itirib. O, Azərbaycanın suverenliyi uğrunda qəhrəmancasına həlak olub. Şəhid əsgərimiz Binəqədi qəsəbəsində dəfn olunub. Onu da bildirək ki, E. Bağırov Binəqədi Rayon Gənclər və İdman idarəsi "Arktika" idman klubunda uşu idman növü ilə məşğul olurdu. Binəqədi rayonundakı 182 saylı məktəbi bitirən Emin 2014-cü ildə həqiqi hərbi xidmətə çağrılıb. Milli ordunun xüsusi təyinatlı bölməsində kəşfiyyatçı kimi xidmət keçib. 

Varşavada parlament rəhbərlərinin görüşü keçirilir

30 Avqust 2016 15:36

Polşanın paytaxtı Varşavada Mərkəzi-Şərqi və Cənubi Avropa ölkələrinin parlament rəhbərlərinin görüşü keçirilir.

Deputatlarımız beynəlxalq konfransa qatılıblar

30 Avqust 2016 15:34

Azərbaycan Respublikası Milli Məclisinin deputatları Səməd Seyidov və Azay Quliyev Qazaxıstana səfər ediblər.

"İcra haqqında" Qanunun Kommentariyası hazırlanıb

30 Avqust 2016 15:35

Məhkəmə qərarlarının icrası sahəsində ötən illərlə müqayisədə icra işlərinin sayı kəskin şəkildə artıb.

Ermənilər daha bir musiqimizi oğurladılar - VİDEO

30 Avqust 2016 15:18

Azərbaycanın daha bir bəstəkar mahnısı ermənilər tərəfindən oğurlanıb.

56 yaşlı məşhur müğənni 3 aylıq hamilədir

30 Avqust 2016 15:14

Türkiyənin məşhur müğənnisi Kibariyə 3 aylıq hamilədir.

Qadını ağcaqanad dişlədi, öldü

30 Avqust 2016 15:13

Rusiyanın paytaxtı Moskvada qadın Zambiyada yoluxduğu tropik malyariyadan ölüb.

Putinin mətbuat katibi Özbəkistan prezidentinin ölümü ilə bağlı xəbərləri şərh edib

30 Avqust 2016 15:11

Kreml Özbəkistan prezidenti İslam Kərimovun ölümü ilə bağlı xəbərlərin təsdiqlənmədiyini bəyan edib.

Patrik Hikki ev dustaqlığına buraxılıb

30 Avqust 2016 15:10

Rio-2016 zamanı qanunsuz bilet alverində ittiham olunan Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Braziliya həbsxanasından buraxılıb.

Polis məmuru və ailəsinin olduğu avtomobilin qabağını kəsdilər

30 Avqust 2016 15:08

Bitlis-Diyarbakır yolunun Buzlupınar hissəsində yol kəsən PKK terrorçuları bəzi avtomobilləri dayandırıblar.

Ermənilər FETÖ-çuların alətinə çevriliblər

30 Avqust 2016 15:07

15 iyul hərbi çevrilişə cəhd bir daha sübut etdi ki, Fətullah Gülən faktoru Türkiyə dövlətçiliyi, xalqı, milləti üçün hələ də ciddi təhlükə mənbəyidir və 2014-cü ildən indiyə qədər Gülən şəbəkəsinə qarşı mübarizə aparılsa da, onları tam zərərsizləşdirmək mümkün olmayıb. Dövlətin bütün strukturlarına sızmağı bacaran gülənçilərin 15 iyul hərbi çevriliş cəhdindən sonra isə tamamilə ifşa olunmasına başlanıldı. 15 iyul olaylarından sonra Türkiyədə FETO tərəfdarlarına qarşı qəti və radikal addımlara start verildi. Türkiyə höküməti haqlı olaraq Birləşmiş Ştatlardan Fətullah Gülənin ekstradisiyasını tələb etdi. Məlumat üçün qeyd edək ki, bugünlərdə isə “Terrorun Gülən üzü” kitabının əsasında türk dilində qələmə alınan “Sessiz işgal -Azerbaycanda FETÖ Yapılanması” adlı kitab Türkiyədə çap olundu.

Biz əvvələr bunu yazmışdıq... Sabirabad hadisələrində nurçu izi

30 Avqust 2016 15:05

İyunun 4-də Sabirabad şəhər mərkəzi bazarının yaxınlığında Kürdəmir rayon sakini Cavanşir Zərbəliyevin vəhabi təriqətinin təbliğatını aparması ətrafda etiraza səbəb olub. Nəticədə şəhər sakini Rəmzi Zeynalovla Cavanşir Zərbəliyev arasında münaqişə baş verib. Rəmzi Cavanşirin saqqalından tutaraq ondan insanların etirazına səbəb olan söhbətinə son qoymasını və dərhal ərazini tərk etməsini tələb edib.

“Gülənçilərin ölkəmizdəki fəaliyyəti onların maliyyələşməsinə yardım etməyə hesablanıb

30 Avqust 2016 15:02

Türkiyənin avqustun 24-dən Suriyada İŞİD, o cümlədən PYD/YPG əleyhinə başladığı hərbi əməliyyatlar uğurla davam edir. Artıq İŞİD-in nəzarətində olan bir neçə şəhər terrorçulardan təmizlənib. Bəs görəsən Türkiyənin başladığı hərbi əməliyyatlar tam mənada müsbət sonluqla nəticələnəcəkmi? Yaxud İŞİD Türkiyənin bu addımına qarşı cavab olaraq yeni terraktlara əl ata bilərmi? Bu və ya digər suallarla bağlı Ədalət Partiyasının Ali Məclisinin sədri, politoloq Mütəllim Rəhimli ilə söhbətləşdik. “OLAYLAR”-a verdiyi müsahibədə Mütəllim Rəhimli Gülən şəbəkəsinə qarşı aparılan mübarizə, bu şəbəkənin Azərbaycana mümkün təsirləri və s. barədə də söhbətləşdik.

“Kitabxanaların ictimai həyatda rolu” adı oxucu konfransı keçirilib

30 Avqust 2016 15:00

Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxanada “Kitabxanaların ictimai həyatda rolu” adı altında oxucu konfransı keçirilib.

Əlilliyi olan gənclər cəmiyyətə inteqrasiyası edilir

30 Avqust 2016 14:58

“Beynəlxalq Gənclər Günü münasibəti ilə “Əlilliyi olan gənclərin cəmiyyətə inteqrasiyası” adlı tədbir keçirilib.