“Kitabxanaların ictimai həyatda rolu” adı oxucu konfransı keçirilib

Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxanada “Kitabxanaların ictimai həyatda rolu” adı altında oxucu konfransı keçirilib.

Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxanada "Kitabxanaların ictimai həyatda rolu" adı altında oxucu konfransı keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə rayonun fəal gəncləri, ziyalılar, bu il respublikanın müxtəlif ali məktəblərinə daxil olmuş tələbə adını qazanan abituriyentləri və fəal oxucular iştirak edib. Mərkəzi kitabxananın xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova kitabxanaların ictimai həyatda rolundan danışaraq bildirib ki, kitabxanalardan istifadə hər cür ideoloji ehkamlardan azad olub yeniyetmələrin mütaliəsinə, xalqımızın müstəqilliyinin möhkəmlənməsinə, azərbaycançılıq ideologiyasının təbliğinə və demokratik dünyagörüşünün formalaşmasına istiqamət verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31